SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 88
ATMU əməkdaşları nüfuzlu beynəlxalq ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağa davam edir

Azərbaycan Turizm və Menecment Universitetinin yeddi nəfərdən ibarət nümayəndə heyəti Polşanın Varşava Universiteti tərəfindən təşkil olunmuş seminarlarda iştirakını yekunlaşdırdı.

Səfər Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” adlı layihəsi çərçivəsində baş tutmuşdur.

Layihənin ATMU üzrə koordinatoru Faina Qaçabəyova məlumat verir ki, gündəliyə əsasən seminarlar muzeyşünaslıq və turizm istiqamətində fənlərin tədrisində müasir tədris metodlarından istifadə olunması, mədəni irsin qorunması sahəsində Polşanın təcrübəsi, eləcə də sənaye ilə əməkdaşlıq əsasında ali təhsil müəssisələrində bu sahədə kadr hazırlığı səviyyəsinin yüksəldilməsi imkanları kimi məsələləri əhatə etmişdir. Həmçinin, səfər iştirakçıları üç ildir davam edən layihə çərçivəsində icra olunmuş fəaliyyətlər, ilkin nəticələrinin təqdimatı və nəzərdə tutulmuş gələcək tədbirlərini dəyirmi masa ətrafında müzakirə etmişdirlər.

Layihənin gedişatında sənayə tərəfdaşları ilə artıq formalaşmış əməkdaşlıq əsasında kütləvi açıq ödənişsiz onlayn kursların (MOOCs) hazırlanması işinin davam etdirilməsi və akademik heyətə bu sahədə metodiki dəstəyin göstərilməsinin gücləndirilməsi nəzərdə tutulur.