03.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 392
ATMU Elmi şurasının iclası olub

Aprelin 28-də keçirilən Elmi şuranın növbəti iclasının gündəliyinə  “ATMU-da tələbə elmi-tədqiqat işlərinin təşkili”, “Aralıq qiymətləndirilmənin keçirilməsi prosesi”, “Akkreditasiya tələblərinə  müvafiq universitetdə keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər”adlı məruzələr,o cümlədən  “Mehmanxana və restoran biznesi”kafedrasının hesabatı daxil idi. ATMU-nun “İctimai fənlər” kafedrasının “Kulturologiya və onun ümumi məsələləri (6219.01)” ixtisası üzrə doktorantı Hüseynova Ayşən Mehman qızının “YUNESKO-nun Cənub-Qərbi Avropa və Azərbaycandakı qədim şəhərlərinin kulturoloji araşdırılma problemləri” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin (elmi rəhbər: t.ü.e.d.,prof.əv. Minaxanım Rafiq qızı Əsədova) təsdiq üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi haqqında,ATMU-nun “Menecment” kafedrasının “Müəssisələrin təşkili və idarə olunması- (ixtisas şifri: 5311.01)üzrə doktorantı Həsənov Hikmət Hüseyn oğlunun “Azərbaycan Respublikasında idman-hadisə turizminin müəssisələrdə inkişaf istiqamətlərinə təsiri” mövzusunda dissertasiya işinin və elmi rəhbərinin (elmi rəhbər: i.ü.e.dok.,prof. Rəna Polad qızı Sultanova) təsdiq üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi haqqında, ATMU-nun Beynəlxalq münasibətlər kafedrasının “Dövlət İdarəçiliyi (ixtisas şifri: 5909.01)” üzrə qiyabi doktorantı Rəhimov Ziya Elman oğlunun “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemində dövlət idarəçiliyinin rolu (Роль государственного управления в системе обеспечения национальной безопасности Азербайджанской Республики)”təsdiq üçün Əlaqələndirmə Şurasına tövsiyə edilməsi haqqında,Biznes idarəçiliyi və Sosial menecment fakültələrində magistratura üzrə bir sıra tədris planlarının yenilənməsi haqqında.Azərbaycan Turizm və Menecment Universitetində hazırlanmış qaydaların və prosedurların təsdiqi və çapa tövsiyə olunan nəşrlər və s. cari məsələnin predmeti olub.

Yuxarıda qeyd olunan məruzə və hesabatla ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri f.r.e.n,dos. Nəsrulla Nəsirli, Təhsildə qiymətləndirmə şöbəsinin müdiri Fərid Cabbarlı,Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova, “Mehmanxana və restoran biznesi”kafedrasının müdiri Novruz Quliyev çıxış ediblər. Məruzələr və adıçəkilən kafedranın hesabatı əlavə və təkliflər nəzərə alınmaqla qəbul olunub.