Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə olaraq MOOC platforması ilə bağlı onlayn görüş keçirilib.
Universitetin Nəqliyyat, informasiya-kommunikasiya texnologiyalari və təbiət elmləri kafedrasının müdiri Nazim Rüstəmov tədbir iştirakçılarını kütləvi onlayn açıq kursların (MOOC) təşkili,o cümlədən platformadan istifadə qaydaları ilə tanış edb. Platformanın yaradılması, professor-müəllim heyəti və mentorların bu prosesə cəlb edilməsini şərtləndirən Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Layihənin gedişatında sənayə tərəfdaşları ilə ATMU əməkdaşlığının davam etdirilməsi və akademik heyətə MOOC platforması üzərindən metodiki dəstəyin davamlı göstərilməsi məsələsi nəzərdə tutulub.