SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 252
ATMU Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Təhsil sərgisi"ndə təmsil olunub

Astarada Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Təhsil festivalı”keçirilib. Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri, regional təhsil idarələri, ali və peşə təhsili müəssisələri, nəşriyyatlar, regional mədəniyyət idarələri, özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılması məqsədilə təşkil olunan festivalda müxtəlif qurumun rəhbər şəxsləri və təmsilçiləri iştirak edib.

Ümumilikdə 5000-dən artıq izləyicinin qatıldığı “Təhsil festivalında” Azərbaycan Turizm və Menecment Universitetinin təmsilçiləri tərəfindən ATMU-da təhsil,o cümlədən yerli və xarici təcrübə imkanları, ikili diplom proqramları, məzunlarla iş, beynəlxalq əlaqələrin inkişaf dinamikası ilə bağlı ziyarətçilərə detallı məlumat verilib.