25.06.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 298
ATMU nümayəndəsi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində növbəti görüşdə olub

Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində fəaliyyət göstərən komitələrin idarə heyəti üzvlərinin növbəti işgüzar görüşü baş tutub. Görüşdə Bakı Biznes Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Turizm və Menecment Univeristetinin, Bakı Avrasiya Universitetinin, Azərbaycan Dillər Univeristetinin prorektorları və məsul şəxsləri iştirak ediblər. ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə meneceri və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tələbə və məzun işləri üzrə komitənin idarə heyətinin sədr müavini Səidə Məmmədova görüşdə universiteti təmsil edib.

Görüşün məqsədi layihə çərçivəsində təsis ediləcək dövri jurnalın adının, məzmunun, redaksiya heyətinin, nəşr tarixinin və digər mühüm nüansların müəyyən edilməsi olub. Jurnal “ECAR” layihəsinə üzv olan ali təhsil müəssisələrinin uğurlu fəaliyyətləri, qarşılaşdıqları problemlər, əməkdaşlarının uğur hekayələri və layihə müddətində yaradılmış komitələrin fəaliyyət və tədqiqatlarının nəticələri haqqında məlumatların ictimaiyyətlə mütəmadi olaraq paylaşılmasını nəzərdə tutur. Jurnalın hazırlanması və bu sahədə Avropa təcrübəsinin öyrənilməsi məqsədi ilə layihə heyətinin 3-7 iyul tarixlərində Belçikanın Brussel şəhərinə səfəri planlaşdırılır. Səfər zamanı EFMD - Avropa İdarəetmə İnkişafı Fondu, EUA- Avropa Universitlər Birliyi, ESU- Avropa Tələbələr Birliyi, VLİR və CreF Belçika rektorlar konfranslarının dövri jurnallarının redaksiya heyəti ilə görüşlər təşkil olunacaqdır.