SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Abituriyentlər ilə görüş
22.08.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 595
Abituriyentlər ilə görüş

2020/2021-ci tədris ilində ATMU-nun bakalavriatura pilləsinə qəbul ilə əlaqədar  olaraq 21 avqust 2020-ci il tarixində abituriyentlər ilə Azərbaycan Turizm və Menecment Universitetinin məsul əməkdaşlarının görüşü baş tutub. Görüşdə mövcud ixtisaslar, ixtisasların daxil olduğu qəbul qrupları, keçid balları, universitetin tələbələr üçün təmin etdiyi imkanlar, universitetin iştirak etdiyi beynəlxalq təhsil proqramları, Azərbaycan-Avstriya Turizm proqramı, məzunlar üçün iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili  və digər mövzular haqqında ətraflı məlumat verilmişdir. Həmçinin ötən tədris ilində “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 və  eyni təhsil proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi də abituriyentlərin diqqətinə çatdırılmışdır.

Cari ilin abituriyentləri universitet nümayəndələrinə onları maraqlandıran sualları ünvanlamış və ətraflı cavablar əldə etmişlər.