11.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 212
Əlavə təhsil üzrə sənəd qəbulu

                              

                            Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 

                             Azərbaycan Turizm və Menecment Universiteti

 

2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:

  • Turizm işinin təşkili
  • Turizm bələdçisi
  • Menecment          
  • Marketinq
  • Maliyyə
  • Mühasibat
  • Qida mühəndisliyi
  • Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
  • Sosial iş
  • Muzeyşünaslıq, arxiv işi və abidələrin  qorunması
  • Beynəlxalq münasibətlər

Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali  təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.

Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
  • əmək kitabçasından çıxarış;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər 10 avqust -10 sentyabr  tarixlərdə, həftənin I-V günləri saat 09:00-17:00 arası ATMU-nun əsas korpusunda  qəbul edilir.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə əlavə bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. Əlavə bakalavr təhsili almaq şansı əldə etmiş  və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və onlar üçün  təhsil müddəti müəyyənləşdirilir.

Təhsil azərbaycan və rus dilindədir.

Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

         
Azərbaycan Turizm və Menecment Universiteti

K.Rəhimov küç. 822/23-cü məhəllə, AZ 1072, Bakı ş.                                               

Tel: (+99412) 564 42 33 (daxili: 125)                                                                         

(+99412) 564 54 11

Email: info@atmu.edu.az