12.09.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 403
ATMU-da beynəlxalq standart üzrə fəaliyyət davam edir

       Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 25 və 26 may 2023-cü il tarixlərində Azərbacan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsində İSO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə sertifikatlaşdırma auditi keçirilib. Auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində İSO 21001:2018-Təhsilin idarəedilməsi standartı üzrə sertifikat əldə edib.    
       Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi 20 noyabr 2019-cu il tarixində,  eyni zamanda İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülüb və cari ilin yanvar ayında keçirilən auditdən sonra yenidən sözügedən standart üzrə sertifikata sahiblənib. 
       ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.