14.09.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 311
"THE İmpakt 2024" reytinqinə hazırlıq prosesi barədə keçirilən onlayn təlim

13 sentyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilkatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədinə uyğun qiymətləndirən ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) nümayəndələri tərəfindən "THE İmpakt 2024" reytinqinə hazırlıq prosesi barədə keçirilən onlayn təlimdə ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Keyfiyyət Təminatı şöbəsinin  Keyfiyyətin planlaşdırılması və inkişafı bölməsinin rəhbəri Şirməmməd Məmmədov və Elm və İnnovasiya şöbəsinin Elmi İnnovasiyalar üzrə koordinatoru Sənubər Qənbərova iştirak etmişdir. Sentyabr ayının 18-dən  noyabrın 10-na qədər "THE 2024 impakt" reytinqində iştirak məqsədi ilə qeydiyyat prosesi davam edəcəkdir.