25-29 sentyabr 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Kataloniya Politexnik Universitetində baş tutmuş təlimlərdə Azərbaycan universitetlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru, p.e.d, professor İranə Əliyeva və Elm və İnnovasiya şöbəsinin koordinatoru Sənubər Qənbərova təlimlərdə ATMU-nu təmsil edib.
18 oktyabr 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində İspaniya təlimləri haqqında məlumat tədbiri keçirilib. Tədbir zamanı İranə Əliyeva və Sənubər Qənbərova təqdimatla çıxış edərək təlim müddətində səfər edilmiş yerlər, Kataloniya Politexnik Universitetində tanış olduqları mühit haqqında ümumi məlumat veriblər. Sonda isə tədbir iştirakçılarının sualları səfər edən nümayəndələr tərəfindən cavablandırılıb və “Youtube” sosial şəbəkəsində təlimlə bağlı yerləşdirilmiş qısa video iştirakçılara təqdim edilib.