26.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 278
"Skill Up" layihəsi çərçivəsində Holiday İNN otelində

ATMU –nun karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə iştirakçılığı ilə 25 oktyabr 2023-cü ildə Skill Up layihəsi çərçivəsində növbəti səfərimizi  Holiday İNN otelinə etdik.

1965-ci ildə yaranan ,dünya üzrə 5000 -dən çox otelə, 400 mindən çox əməkdaşa sahib, biznes otel seqmentinə aid olan  Holiday İnn oteli bugün qapılarını bizim üçün açdı.

İki hissəli keçən görüşdə ilk olaraq  – İnsan Resursları üzrə mütəxəsis Nabat Əsədova və qəbul-qeydiyyat şöbəsinin müdiri Elvin  Əliyev   tələbələri otelin infrastrukturu,yaranma tarixi ,xidmət istiqamətləri ,habelə otaqların xüsusiyyətlərilə tanış etdilər.

Daha sonra FBM üzrə menecer Elvin Cəfərov oteldə fəaliyyət göstərən  restoranlarla ,habele banket və konfrans zalları ilə tələbələri əyani olaraq tanış etdi və onları maraqlandıran sualları cavablandırdı.Sonda otelin qarşısında xatirə şəkli çəkildi.