02.11.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 267
ATMU-da açıq dərslər

31 oktyabr 2023-cü il tarixində Mehmanxana və restoran biznesi kafedrasının müəllimi Novruz Quliyevin tədris etdiyi Servis fəaliyyəti fənnindən TİTR 2101 qrupunda açıq dərs keçirilmişdir. Açıq dərsin keçirilməsində məqsəd nəzəri bilikləri təcrübədə istifadə etməsindən ibarət idi. Açıq dərs interaktiv formada tələbələr işgüzar oyun nümayiş etdirərək təşkil olunmuşdur. Açıq dərsdə ATMU-nun Keyfiyyət təminatı şöbəsinin əməkdaşları Sara Bağırlı, Alikper Rizayev, Tədris metodiki şöbənin əməkdaşı Günel Veysəlova və Mehmanxana və restoran biznesi kafedrasının müəllimləri Firuzə Raşova və Cavid Məmmədov iştirak etmişdirlər. İştirakçılar açıq dərsin təşkili və keçirilməsi prosesi haqqında müsbət fikirlər səsləndirdilər. Tələbələr açıq dərsə hazırlıq və açıq dərs zamanı xeyli təcrübə qazandıqlarını qeyd etdilər.