ATMU–nun Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2 noyabr 2023-cü ildə Skill Up layihəsi çərçivəsində növbəti səfərimizi Fairmont Baku otelinə etdik.
Məşhur "Fairmont" otellər şəbəkəsinin bənzərsiz memarlıq, ifadəli dekorasiya və yüksət xidmət standartları və qüsursuz qonaqpərvərliyi brendin əsas xüsusiyyətləridir.
Bakıdakı bu dəbdəbəli 5 ulduzlu otel, unudulmaz təcrübə və təəsüratlar üçün mükəmməl şəraiti təmin edən, mənzərəsi Xəzər dənizinə açılan Alov Qüllələrindən birinin tam hissəsini tutur. Fairmont-un yüksək standartları xidmətləri ilə birlikdə hamam, saunalar və dam örtüyü hovuzu olan dünya səviyyəli spa kimi premium imkanlar diqqətdən yayınmır. Ümumilikdə otel müasir dizayn maksimal konfortla birləşmiş bir məkandır.
İki hissəli keçən görüşdə ilk olaraq – otelin Guest Relations departamentinin meneceri Orxan Məmmədov və HR depardamentinin Təlim və inkişaf üzrə meneceri Şəbnəm Nəbizadə tələbələri otelin infrastrukturu, foyesində qurulmuş xüsusi detallar, fəaliyyət istiqamətləri, restoranların və otaqların xüsusiyyətləri, müxtəlif böyük və kiçik həcmli ziyafət və konfrans zalları, otelin təklif etdiyi müxtəlif yüksək səviyyəli xidmətlər və onların növləri ilə tanış etdilər və iş prosesini canlı izləmək şansını yaratdılar.
Daha sonra isə Şəbnəm xanım, Orxan bəy və Housekeeping departamentinin inzibati təsərrüfat işləri üzrə nəzarətçisi Malik Əliyevin müşayiəti ilə ümumi otelin və Fairmont adının və brendinin yaranma tarixi haqqında məlumat verərək, otelin əsas məqsəd və hədəfləri haqqında detallı məlumat verdilər və görüş boyunca tələbələrin maraqlandıran sualları cavablandırdı. Sonda tələbələr otelin icraçı direktoru George Ganchev ilə görüşdü və xatirə şəkli çəkildi.