26.11.2023
Karyera və kommunikasiya
Bölmə: Xəbərlər
Baxış sayı: 326
"Career Hacks by ATMU alumni" layihəsi davam edir

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə "Career Hacks by ATMU alumni" layihəsi davam edir. Layihə çərçivəsində növbəti təlimçi-məzunumuz Elit Travel MMC-nin təsisçisi və icraçı direktoru Həvva İbrahimova oldu. Öz çıxışında tələbələrə tədris müddəti ərzində zamanlarını daha səmərəli keçirməyi, təlimlərə qoşulmağı,dil biliklərini genişləndirməyi tövsiyə edən qonaq, eyni zamanda ambisiyalı olmağı və hədəflərinə gedən yolda əzmli olmağı da diqqətə çatdırdı. Qarşılıqlı diskusiya formatında keçən görüş tələbələrın suallarının cavablandırılması ilə başa çatdı. Sonda xatirə şəkli çəkildi.