Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “AzərbaycanlaYerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək(MOBILAZE 2)” layihəsi çərçivəsində Miqrasiya Siyasətininİnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) və Dövlət MiqrasiyaXidməti (DMX) ilə birgə Azərbaycanda yaşayan miqrantlar vəqaçqınlar üçün İnteqrasiya Proqramı fəaliyyətləri çərçivəsindəAzərbaycan Turizm və Menecement Universitetində (ATMU) təhsilalan əcnəbi tələbələr üçün İnteqrasiya Programı haqqındaməlumatlandırma sessiyası keçirilmişdir.
Görüş zamanı layihə çərçivəsində MSİBM-in fəaliyyət istiqamətləri, əcnəbi tələbələrin yararlanabiləcəyi, həmçinin inteqrasiya proqramıxidmətlərindən və xidmətləri dəstəkləyən dövlət və qeyri-dövlətqurumlarından bəhs edilmişdir.
MSİBM proqramı çərçivəsində əcnəbi tələbələrlə görüş zamanıqonaq qismində MSİBM layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, eksperti Eşqin Tanrıverdi, milli inteqrasiya məsləhətçisiEmin Mehdizadə və Gülnarə Pənahova, təcrübəçisi Dinar Musayevaiştirak etmişlər. Qeyd edək ki, görüşdə ATMU-nun BeynəlxalqƏlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova və Universitetinəcnəbi tələbələri ilə müxtəlif fikir mübadiləsi aparılmışdır.
Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin İnteqrasiya Proqramıçərçivəsində, əməkdaşlığa dəstək verən Azərbaycan RespublikasıMərkəzi Bankı Maliyyə Savadlılığı şöbəsi də Vüsal Həsənovuniştirakı ilə məlumatlandırma sessiyasında iştirak etmiş, maliyyəsavadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçünAzərbaycanda bank məhsullarına çıxış və istifadənin yollarıhaqqında ətraflı məlumat vermişdir.