Bakalavriatura pilləsinə sənəd qəbulu
24.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 773
Bakalavriatura pilləsinə sənəd qəbulu

ATMU-YA QƏBUL OLAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, bakalavriatura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi ATMU tərəfindən onlayn formada təşkil olunacaq.

Qeyd: Qeydiyyatdan keçmək üçün skan olunmuş sənədləri qeydiyyat@atmu.edu.az  ünvanına   göndərməyiniz xahiş olunur.

Bununla yanaşı zəhmət olmasa şəxsi əlaqə (telefon, email) vasitələrinizi qeyd etməyi unutmayın.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən abituriyentlər qəbul olunanlar siyahısından xaric edilirlər.

Sənəd qəbulunun tarixi: 25 sentyabr-7 oktyabr 2020-ci il.

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • Tam orta təhsil haqqında attestatın əsli;
  • Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  • İş nömrəsi, şəxsi kabinetinin istifadəçi adı (FİN)
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 4 ədəd;
  • Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əsli;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə;
  • Sağlamlıq haqqında tibbi arayış (forma 086).

TƏHSİL HAQQINDAN AZAD OLUNAN BAKALAVRLARDAN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan  sənədlərə əlavə olaraq

  • Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.)

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar

Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).