Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət təminatı komissiyasının iclası keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində bütün istiqamətlər üzrə keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə Keyfiyyət Təminatı Komissiyası yaradılmışdır.
Komissiya beynəlxalq təşkilatların, turizm sənayesinin və ixtisaslaşmış QHT-lərin (ən az bir üzv ATMU-nun məzunlarından olmaqla), Dövlət Turizm Agentliyinin, ATMU-nun Keyfiyyət təminatı şöbəsinin və professor-müəllim heyətinin nümayəndələrindən, eləcə də universitetin Tələbə Gənclər Təşkilatının sədrindən ibarətdir. Komissiyanın sədri Norveç Krallığının DNV şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Aydın Ağayevdir.
Komissiyanın fəaliyyətlərinin əsas məqsədi mümkün qədər daha çox maraqlı tərəfin iştirakı ilə universitetdə keyfiyyətin yüksəldilməsi istiqamətindəki fəaliyyətlərin gücləndirilməsidir.
Cari tədris ilində fəaliyyətə başlamış komissiyanın iclası keçirilmişdir. İclasda ilk olaraq ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı çıxış edərək komissiyanın yaradılmasındakı məqsəd və komissiyadan gözləntilər barədə məlumat vermişdir. Komissiya üzvü kimi fəaliyyət göstərən bütün şəxslərə universitet rəhbərliyi adından təşəkkürünü bildirmişdir.
Daha sonra iclas sadəcə komissiya üzvlərinin iştirakı ilə davam etmişdir. gündəlikdəki məsələlər, o cümlədən komissiyanın fəaliyyət planı müzakirə edilmişdir.