19.01.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 314
ATMU-da məlumat sessiyası keçirilib

“Erasmus+” layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) təliminə həsr edilən məlumat sessiyası faydalı olub. Adıçəkilən  təlimin iştirakçıları -Azərbaycan Turizm və Menecment Universitetinin  Elmi işlər üzrə rektor müşaviri Fərid Cabbarlı və  Turizm biznesi kafedrasının müəllimi Ülviyyə Cümşüdlü Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin (WSG) ev sahibliyi ilə baş tutan təlimin əhəmiyyətindən danışıblar. Universitetin müxtəlif korpuslarında, İnnovation Center və digər mərkəzlərində təşkil olunan görüşlərin diqqətçəkən məqamlarına münasibət sərgiləyiblər. F.Cabbarlı və Ü.Cümşüdlü təqdimat-çıxışlarında universitetin (WSG)  professor-müəllim heyəti və tələbələrilə müştərək hazırladıqları innovativ avadanlıqlardan, workshoplardan ətraflı bəhs ediblər.

Tədbirin gedişatanda sahibkarlığa dair  slaydlara baxış keçirilib. Məlumat- sessiyanın sonunda isə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.