25.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 231
“Turizm İşçiləri Günü”

Hörmətli ATMU tələbə və heyəti,

Sizləri "Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin açılış tədbirinə dəvət edirik.

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Turizm   Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin və Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə 27 Sentyabr  “Ümumdünya Turizm Günü” və Azərbaycanda “Turizm İşçiləri Günü” peşə bayramı münasibətilə təşkil edilən “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda 26 sentyabr tarixində, saat 11:00-da birgə layihənin açılış tədbiri keçiriləcək.

Layihə çərçivəsində açılış tədbiri, 4 modulan ibarət təlimlər və bağlanış mərasimi keçiriləcəkdir. Hər həftənin şənbə günü keçiriləcək online təlimlərdə iştirak ödənişsizdir.

Layihənin açılış tədbirində iştirak edəcək spikerlər: 

1. Şahin Bayramov – Mingəçevir Dövlət Universitetinin rektoru 

2. İlham Mədətov – Azərbaycan Turizm və Menecment Universitetinin rektoru 

3. Zaur Bayramov – Gəncə Destinasiya Menecmenti təşkilatının direktoru 

4. Səid Salayev – Mingəçevir Turizm Kollecinin direktoru

Qeydiyyat: https://rb.gy/cfqmad

Qeyd: Mövcud şərait nəzərə alınmaqla layihə “ZOOM” Platforması üzərindən onlayn formatda təşkil ediləcəkdir.

Qeyd: Sertifikat yalnız həyata keçirilən təlimlərin hər birində iştirak edən şəxslərə veriləcək.