ATMU-nun ev sahibliyi ilə keçirilən tədbirdəAzərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), OdlarYurdu Universiteti (OYU), Sumqayıt Dövlət Universiteti(SDU), Fövqaladə Hallar Nazirliyi (FHA), Dövlət GömrükKomitəsinin Akademiyasının (DGKA) Tələbə ElmiCəmiyyətləri sədrləri və ATMU-nun Elmi Şura üzvləriiştirak ediblər.
Görüş çərçivəsində müzakirə predmet kimi birgə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, vaxtaşırı elmi-praktiki konfransların,seminarların təşkili, nəzərdə tutulanmüvafiq layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan universitetləri və akademiyaları ilə müştərək Tələbə Elmi Cəmiyyəti Şurasının yaradılması kimi məsələlərə münasibət bildirilib. ATMU-nun Elmi işlər üzrə prorektoru,professor İranə Əliyeva“Tək əldən səs çıxmaz”fikrinə istinad edərək, birgə fəaliyyətin daha böyük uğurgətirəcəyinə inandığını deyib. Geniş tərkibli görüşlərin ölkəiçi deyil, beynəlxalq səviyyədə təşkilini məqsədəuyğun sayıb.Xarici ölkə universitetlərinin müvafiq cəmiyyətləri ilə birlikdəelm,tədris sahəsində fəaliyyətin üstünlüklərinə aydınlıq gətirdi.
Strateji İnkişaf üzrə prorektor Araz Aslanlı Azərbaycan ali təhsil müəssəslərində
elmi istiqamətin problem səciyyəli olduğunu dedi. Elmi yeniliklərin,yeni elmi yanaşmaların əldə edilməsində gənclərin əvəzedilməz rolunu diqqətə çatdırdı.Tələbə Elmi Cəmiyyətlərinin əsas məqsədləri sırasında tələbələrdə birincikursdan etibarən elmi yanaşmaların formalaşdırılması və inkişafında adıçəkilən qurumun lider rolu oynayacağınainanmaq istədiyini dedi.
Universitetin Elm və innovasiya şöbəsinin müdiri dos.Nəsrullah Nəsirli belə görüşlərin müntəzəm keçirilməsinin əhəmiyyətindən, Boloniya sisteminin məqsəd və üstünlüklərindən bəhs etdi.Çıxışının sonunda “Sizlər bizdən sonra həqiqi elm,savad uğrunda mübarizə aparmalısız” sözləri ilə gənclərin vəzifə borcunu xatırlatdı.
Karyera və kommunikasiya şöbəsinin başmütəxəssisi Elnurə Əliyeva isə Tələbə Elmi Cəmiyyətlərininbirgə əməkdaşlıq və tərəfdaşlıq təşəbbüsünü yüksəkqiymətləndirdi. Karyera və kommunikasiya şöbəsi olaraq,buəməkdaşlıqdan məmnunluq ifadə etdi.
Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İranəAxundova “Beynəlxalq əlaqələr üzrə Tələbə ElmiCəmiyyətlərinin fəaliyyəti əvəz olunmaz bir gələcəyəaddımdır” fikrini əsaslandırmaqla gəncləri tədqiqat yönümlüfəaliyyətə çağırdı. “Yaşıl Həmrəylik ili”,”COP-29” ilə bağlıdüşüncələrinə aydınlıq gətirdi.
Azərbaycan Turizm və Menecment Universiteti TEC sədri Rəşad Süleymanov öz çıxışında Azərbaycan Tələbə Elmi Cəmiyyəti Şurasının yaradılmasını və digəruniversitetlərin TEC sədrləri ilə bərabər konfrans, təlim,vəseminarların təşkili təklifini irəli sürdü.
Sumqayıt Dövlət Universiteti TEC sədri Solmaz Bəhramzadə digər universitet tələbələrinin də iştirak edə biləcəyi geniş formatda seminarların əhəmiyyətindən, Azərbaycan Dövlət İqtisad Universiteti TEC sədri JaləTeymurlu isə UNEC də" tələbə jurnalı "nın fəaliyyətə başladığını , bir sıra təlimlərin təşkili sayəsində tələbələrdəelmi-tədqiqat işlərinə marağın artdığını, intellektual yarışlarınkeçirildiyini, Startup inkubasiya mərkəzinin yaradıldığını dedi.
Odlar Yurdu Universiteti TEC sədri Türkan Azəri Universitetdə tələbələrin maariflənməsi məqsədilə məqalənin necə və nə üçün yazıldığı barədə müvafiq təlimlərintəşkilindən bəhs etdi.
Dövlət Gömrük Komitəsi Akademiyası TEC sədri Hüseyn Hüseynzadə ortaq ixtisaslara uyğun təlimlərin, konfransların, layihələrin təşkili məsələlərinə mövqeyiniaçıqladı.
Fövqəladə Hallar Akademiyası TEC sədri Sadiq Abdullayev isə Azərbaycan Tələbə Elmi Cəmiyyəti İttifaqınınyaradılmasını günün tələbi kimi dəyərləndirdi.
Görüşün sonunda Tələbə Elmi CəmiyyətləriŞurasının yaradılması barədə qərar qəbul edildi.