SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.03.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 195
ATMU-da COP 29-a həsr olunan tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransı tərəfindən ötənilin dekabr ayının 11–də Dubayda keçirilən 28-ci sessiyasının plenar iclasında bu il AzərbaycandaCOP29 keçirilməsi qərarına həsr olunan tədbirkeçirilib.

ATMU-nun rektoru İlham Mədətov çıxışı zamanıCOP 29-a Azərbaycanın ev sahibliyi etməsini Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin böyük uğuru kimi dəyərləndirib. Tərəflər Konfransıİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasınınicrasına nəzarət edən ali qərarverici orqanda 195 ölkənin təmsil olunduğunu, tədbirin ilk dəfə1995-ci ilin martında Berlində keçirildiyini, COP-a sədrlikrotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa(Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçdiyinixüsusi vurğulayan rektor İ.Mədətov Azərbaycanıntəşkilata sədrliyinə dair qərarın Şərqi Avropa Qrupuölkələrinin yekdil rəyi əsasında verildiyini deyib.Azərbaycanın dünyamiqyaslı mühüm hadisə sayılanCOP29 konfransına ev sahibliyi statusundatəsdiqlənməsi ilə bərabər, ilk dəfə olaraq ölkə tarixindəyaşıl iqtisadiyyata keçid strategiyasının da icraçısıplatformasında tanınacağına əminlik ifadə edib.Rektorçıxışını Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilinAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”kmiqeyd olunmasını bərpa olunan enerji sahəsində düşünülmüş addım kimi dəyərləndirib. 

  ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı “COP 29 sessiyasının dünya, o cümlədən Azərbaycan üçün əhəmiyyəti” adlı məruzəsində “Bakıda keçiriləcəkCOP29 sadəcə ekoloji problemlərin müzakirəsinişərtləndirən sıradan konfrans kimi deyil, ekolojiproblemlərin həlli istiqamətində qlobal forumsəviyyəsində tanınacağına dair qeydlərini konkretfaktlarla isbatlayıb. COP29-un iqlim dəyişikliyininazaldılması və Azərbaycanın yaşıl təcrübələrintəşviqini hədəfləyən qlobal təşəbbüslərin yayılmasındamüstəsna roluna münasibət sərgiləyib. M.Zülfüqarlıçıxışının sonunda “Azərbaycan mühüm qlobalkonfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu vəekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirirvə bununla da dünya səhnəsində fəal və nüfuzluoyunçu rolunu gücləndirir”deyib.

   COP 29-a həsr olunan tədbir iştirakçıların çoxsaylısuallarının cavablandılması ilə yekunlaşıb.