09.04.2024
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 511
Onlayn Təhsil Reytinqi (Online Learning Ranking) üzrə master-klass sessiyası keçirildi

Times Higher Education (THE) ilk dəfə olaraq 2024-cü ildə onlayn təhsilin (Online Learning) uğurlarını və çətinliklərini müqayisə edəcək yeni Onlayn Təhsil Reytinqi (Online Learning Ranking) üzrə THE-nin Baş Məlumat Mütəxəssisi Duncan Rossun sədrliyi ilə master-klass sessiyası keçirdi. ATMU-nun Beynəlxalq Reytinqlər üzrə işçi qrupu da master-klass sessiyasında iştirak edib, onlayn öyrənmənin qiymətləndirilməsində daxilolmalar, proses və nəticələr arasında əlaqə, uyğunluq meyarları və onlayn öyrənmənin təşviqi ilə bağlı, həmçinin ali təhsil müəssisələrini qeyri-ənənəvi təhsilin iştirakçısına çevirməyin yolları haqqında biliklər əldə ediblər.