Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “AD Scientific Index 2024” üzrə Ümumi Hirş indeksinə görə ölkəmizin ali təhsil müəssisələri sırasında ilk 7-likdə qərarlaşıb.
Adıkeçən beynəlxalq reytinq cədvəli universitet, elmi tədqiqat institutları və elmi jurnalların reytinq sıralamasını tərtib edən beynəlxalq sistemlərdən fərqli olaraq tədqiqatçıların elmi qabiliyyətini, məhsuldarlığını, alınan nəticələrin elmi dəyərini xüsusi metodika ilə müəyyənləşdirir.
Ölkə, universitet və sahələr üzrə elmi məqalələrin dərc edilməsində alimlərin məhsuldarlığını şərtləndirən “AD Scientific Index” fəaliyyətini 23.000-dən çoxuniversitetdə 12 sahə üzrə akademik tədqiqatçılar əhatə edir.
Son 6 ildə elm adamlarının məhsuldarlıq əmsallarını göstərən ilk və yeganə araşdırma təşkilatı sayılan “AD Scientific Index” Dünya, Alim və Universitet Reytinqlərinin nəticələrini Google Scholar-ın açıq profillərinə əsaslanır.
"AD Scientific Index” dünyanı əhatə edən qlobal təhlilin təmin edilməsi ilə yanaşı, elm adamlarının, universitetlərin və s. müvafiq müəssisələrin elmi reytinqinin faiz göstəriciləri əsasında bölgü-təhlilini həyata keçirir, o cümlədən akademik təşviqlərin strateji hədəflərini müəyyənləşdirir.
Qeyd edək ki, ATMU-nun Strateji İnkişaf üzrə prorektoru Araz Aslanlı “AD Scientific Index - Dünya Alimləri Reytinqləri 2024” nəticələrinə görə ndəAzərbaycan üzrə 24-cü sırada yer alıb.