SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.04.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 182
Sözün dahisi: Məhəmməd Füzuli

Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) Azərbaycan Respublikası Prezidentinin “DahiAzərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeydedilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar tədbirkeçirilib. Heydər Əliyev lektoriyasının rəhbəri tarix elmləridoktoru, professor Məhərrəm Zülfüqarlı tədbiriştirakçılarını salamladıqdan sonra Məhəmməd Füzulinin ədəbi-bədii irsinə böyük rəğbət bəslənildiyini, müasirləri, o cümlədən layiqli davamçıları tərəfindən ehtiramla yad edildiyini diqqətə çatdırıb. ATMU-da baş tutan tədbirinböyük şairə rəğbət və məhəbbətin ifadəsi kimi dəyərləndirib.  

“Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatındamüstəsna təsir imkanını gerçəkləşdirən qüdrətli sənətkar dedikdə, ilk növbədə yaddaşımızda dahi şair Məhəmməd Füzuli əzəməti canlanır” sözləri ilə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Məhəmməd Füzulinin insana dərin məhəbbət aşılayan çoxcəhətli bədii-fəlsəfi irsini mütəfəkkirinAzərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan mənəvi sərvəti səviyyəsində qiymətləndirib. Böyük şairin anadilli poeziyamızın mükəmməl nümunələrinin yaradıcısı olduğunu deyən  rektor İ.Mədətov Azərbaycan bədii dilinin daha da zənginləşməsində müstəsna rolundanətraflı bəhs edib. Füzulinin yubileyinin vaxtilə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirildiyini xatırladanrektor 30 il əvvəl müstəqil Azərbaycan Respublikasında ölməz şairin 500 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini mədəniyyət və sənət bayramı səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Məhəmməd Füzulinin 530 illiyi münasibətilə  “Zamana sığmayan söz sərrafı: Məhəmməd Füzuli” adlı tədbirdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, f.ü.e.d. Sərxan Xavər “Məhəmməd Füzuli yaradıcılığına nəzər”, ATMU-nun Dillər kafedrasınınəməkdaşlarından f.ü.e.d., dos. Ağaverdi Xəlilov “Məhəmməd Füzuli yaradıcılığının folklor qaynaqları”, baş müəllim Almaz Zöhrabova isə “Məhəmməd Füzuli lirikası” adlı məruzələrlə çıxış ediblər. Tələbələrdən İlkanə Eyvazova, Fidan İsrafilova, Bahar Zəkəryəyeva, Namik Ramazanov, İlay Əliyeva və Nərmin Əliyeva şairin zamana sığmayan şerlərini ifa ediblər. Sonda “Leyli və Məcnun” operasından bir parça nümayiş olunub.