SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 267
ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

 

      Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bələdçiləri Assosasiyasının(ATBA) təqdimatında məlumat sessiyası keçirilib.TədbirdəATBA İdarə Heyətinin sədr müavini Tural Musayev və Təlim üzrə mütəxəsis Şəmistan Muradbəyli çıxış əsnasında turizm bələdçisi səviyyəsini hədəfləyən tələbələrdən ötrü yaradılan imkandan, təlimlərin təşkilinə ayrılan vəsaitin mühüm hissəsinindövlətimiz tərəfindən ödənilməsindən bəhs ediblər. Təlimin qayda və şərtlərinə aydınlıq gətirən ATBA təmsilçiləri yenifəaliyyətə başlayan peşəkar statuslu bələdçilərin Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan sertifikatlaşdırma və akkreditasiya prosesində isə uğur qazanma vacib amil kimi dəyərləndiriblər. Bildirilib ki, ATBA turizm bələdçilərininfəaliyyətinə dəstək verməklə bərabər, ölkəiçio cümlədən  də beynəlxalq səviyyədə peşəkar bacarıq və karyera imkanıklifinə sadiqdir.

   Fikir mübadiləsi şəraitində keçən lumat sessiyasında tələbələrin çoxsaylı sualları ATBA İdarə Heyətinin sədr müavini  T.Musayev və Təlim üzrə mütəxəssis Ş.Muradbəyli tərəfindən detallı cavablandırılıb.

  Sonda xatirə şəkli çəkilib.