SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
13.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 573
DAAD proqramı çərçivəsində mübadilə imkanı

Hörmətli Turizm və Qonaqpərvlik fakültəsinin tələbələri,

Azərbaycan Turizm və Menecment Universiteti ilə Yade TətbiqiElmlər Universiteti arasında DAAD proqramı çərçivəsindəmübadilə imkanını elan edir.

ATMU-nun Turizm işinin təşkili 1-ci və 2-ci kurs Bakalavr tələbələri mübadilə imkanından yararlana bilər.

Tələb olunan sənədlər:

•​Ali təhsil pilləsində təhsil almaq barədə arayış

•​Pasport surəti

•​Biometrik foto

•​Transkript (ingilis dilində)

•​CV (Europass formatda) – İngilis dilində

•​Motivasiya məktubu (ingilis dilində)

Namizəd üçün tələblər:

•​B1 səviyyədə ingilis dili

•​A1 səviyyədə alman dili

Maliyyə şərtləri:

•​Təqaüd imkanı mövcuddur.

•​Alman dili yay məktəbində iştirak edilmədiyi halda yay məktəbində iştirakın məbləği ümumi məbləğdən çıxılacaqdır

 

Mübadilə müddəti Qış semestri üzrə

Sentyabr 2024 – Yanvar 2025 tarixlərini

Yay məktəbi müddəti İyul-Sentyabr əhatə edəcək.

 

Qeydiyyat linki: https://forms.office.com/r/Js5Upvwc3q?origin=lprLink

Qeydiyyat üçün son tarix: 24 May 2024

Ətraflı məlumat əldə etmək üçün: ATMU Beynəlxalq Əlaqələrşöbəsi – 201-ci otaq  /   international@atmu.edu.az