Tədris

Sosial tədbirlər

Tələbələrin sosial fəaliyyəti haqqında məlumat:

  • Qobustan ekskursiyası
  • Uşaqlar evinə ziyarət
  • Bölgələrə turlar
  • Nə? Harda? Nə zaman?
  • Xocalı - Əsir Şəhər
  • Virtual Məmləkətim Tədbiri
  • Şən və Hazırcavablar klubu
  • Novruz Bayramı Tədbiri
  • FHN təlim
  • Foto Sərgi
  • Bakı şəhəri Gənclər və İdman idarəsi ilə görüş
  • Beynəlxalq Turizm Günü
  • Ekskursiya

Tələbələrin nəailiyyətləri haqqında məlumat:


 
  • Intellektuallar klubu - Nərimanov Rayon yarışamısının birincisi olmuşlar
  • Futbol komandamız - Nərimanov Rayon Çempionatının ikincisi olmuşdur
  • Universal komandası – Daxili Debat Turnirinin qalibi olmuşdur

Tələbə təşkilatları

Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatı 2006 – cı ilin 19 oktyabr tarixindən fəaliyyət göstərir. TGT fəaliyyətinin əsas prinsipi tələbələrin və gənclərin təşkilatlanması, ictimai həyatda daha fəal və dövlət quruculuğunda daha məhsuldar iştirakının təmin edilməsidir. TGT universitet daxilində bayram, ictimai tədbirlərin həyata keçirilməsində iştirak edir. TGT – nin strukturu təşkilatın sədri, sədr müavinləri, fakültə sədrləri və qrup koordinatorlarından ibarətdir. TGT sədri universitet daxilində tələbələr arasında keçirilən seçkilər vasitəsi ilə müəyyən edilir. TGT sədrinin səlahiyyət müddəti 3 ildir. Hal – hazırda ATMU TGT – nin sədri Marketinq ixtisası,3 cü kurs tələbəsi Qoşqar Rzayevdir.

Klublarımız

  • Debat klubu
  • Vətənpərvərlər klubu
  • İntellektuallar klubu
  • Virtual Məmləkətim klubu
  • Şən Hazırcavablar klubu
  • Tarix klubu
  • Rəqs klubu
  • Kitab klubu
  • Musiqi klubu
  • Könüllülər klubu
  • TGT daxilində fəaliyyət göstərən departamentlər

    1.Ümumi şöbə 2.İnsan Resursları Departamenti 3.Layihələr Departamenti 4.İctimaiyyətlə Əlaqələr Departamenti 5.Tələbə Problemləri Üzrə İş Departamenti 6.Klublarla İş Departmenti 7.Elm və Təhsil Departmenti 8.Beynəlxalq Əlaqəlar Departmenti 9.Təlim Mərkəzi

Azərbaycan Turizm İnstitutu Tələbə Elmi Cəmiyyəti 2006 – cı ilin 13 noyabr tarixindən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti adından da göründüyü kimi, tələbələri elmi işlərə cəlb etmək və onların bu sahədəki fəaliyyətini istiqamətləndirməkdən ibarətdir. TEC – in idarə heyəti Sədr və qruplardan seçilmiş nümayəndələrdən ibarətdir.
Bağışlayın, məlumat mövcud deyil
 
ATMU AMEAST klubu (Air Mountain Extreme Adventure Sport Tourism) 2010 – cu il 6 aprel tarixində Azərbaycan Turizm İnstitutunun nəzdində bir qrup gənc tərəfindən yaradılmışdır. AMEAST ilk addımlarını 09.05.2010 tarixində “Heydər Əliyev” zirvəsinə yürüş etməklə atmışdır. Qısa vaxt ərzində klub bir çox yürüş, yariş və layihələrdə aktiv iştirak edərək uğurlar qazanmışdır. AMEAST aktiv fəaliyyətinə görə dəfələrlə diplom, sertifikat və təşəkkürlərə layiq görülmüşdür. AMEAST klub - 06.04.2010 tarixində Klub yarandığı gündən “Azərbaycan Hava və Ekstremal İdman Növləri” federasiyasinin üzvlüyünə qəbul olunmuşdur. Məqsəd – AMEAST-ın yaradılmasında və fəaliyyətində əsas məqsəd Azərbaycanda dağ turizmi sahəsinin inkişafına müsbət təsir etmək və bu sahədə kadrların yetişməsində rol oynamağdır. AMEAST yarandığı gündən özünə üzvlər qəbul edərək bu sahədə kadrların yetişməsində, gənclərin nəzəri və praktiki biliklərinin artırılmasında rol oynamışdır. AMEAST klubun üzvləri bir çox xarici və ölkə daxili ekspedisiyalarda uğurla iştirak etmişdir.
AMEAST klubun rəsmi facebook səhifəsi:
 
Bağışlayın, məlumat mövcud deyil
 
Bağışlayın, məlumat mövcud deyil

 

Fakültələr

Yaradılma tarixi: 2013-cü il
Dekan: Bilalov Bahadur Ənvər oğlu - tarix üzrə elmlər namizədi, dosent

İxtisaslar:
  • Turizm və otelçilik
  • Turizm və otelçilik (ingilis)
  • Tərcümə (ingilis-azərbaycan,ingilis-rus)
  •  
 
Kafedralar:
  • Turizm biznesi (ixtisas kafedrası)
  • Mehmanxana və restoran biznesi (ixtisas kafedrası)
  • İngilis dili (ixtisas kafedrası)
  • Dillər kafedrası

Təhsil alanlar: 585 nəfər əyani, 75 nəfər qiyabi təhsil alır.
Akademik heyət: Fakültə nəzdində olan kafedralar üzrə 1 professor, 12 dosent, 2 baş müəllim, 58 müəllim çalışır.
Əlavə məlumat: Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Karyera mərkəzi fəaliyyət göstərir.
Yaradılma tarixi: 15 fevral 2013 il
Dekan: Vəzirova Sevda Rauf qızı - biologiya üzrə fəlsəfə doktoru , dosent

İxtisaslar:
  • Sosial iş
  • Beynəlxalq münasibətlər
  • Regionşünaslıq
  • Müzeyşunaslıq, arxiv işi və abidələrin qorunması
  • Nəqliyyat servisi
  • Qida mühəndisliyi

Kafedralar:
  • Beynəlxalq münasibətlər
  • İctimai fənlər
  • İnformasiya texnologiyaları və təbiət elmləri

Təhsilalanlar: 452 nəfər əyani, 21 nəfər qiyabi təhsil alır
Akademik heyət: Fakültənəznində olan kafedralar üzrə 2 professor, 21 dosent, 12 baş müəllim , 23 müəllim çalışır.
Əlavə məlumat: Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı, Fakültənin “Karyera mərkəzi”,Tələbə klubu, “ Şən və hazırcavablar” klubu, “Debat” klubu, rəqs qrupu fəalliyyət göstərir.
Yaradılma tarixi: 15 fevral 2013 il
Dekan: Mirzəyev Anar Faiq oğlu - iqtisad üzrə fəlsəfə doktoru

İxtisaslar:
  • Menecment
  • Marketinq
  • Biznesin idarəedilməsi (bakalavr)
  • Maliyyə (bakalavr)
  • Strateji idarəetmə (magistr)
  • Biznesin təşkili və idarəedilməsi (magistr)

Kafedralar:
  • İqtisadiyyat
  • Menecment
  • Marketinq

Təhsilalanlar: Bakalavriatura səviyyəsində: 418 nəfər magistratura pilləsində 38 nəfər və doktoranturada isə 17 nəfər təhsili alır.
Akademik heyət: Fakültə nəzdində olan kafedralar üzrə 2 professor, 6 dosent, 13 baş müəllim, 15 müəllim çalışır.
Əlavə məlumat: Fakültədə Fakültə Elmi Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə həmkarlar ittifaqı bürosu, tələbə dərnəkləri, Fakültə karyera mərkəzi fəaliyyət göstərir. 

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…