Azərbaycan Turizm və Menecment Universitetinin “2017-2020-ci illər üzrə Strateji plan”ının icrasına dair qərar qəbul olunub

14 Mart 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın  “2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələri”nə dair iclası keçirilib.Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı c.ü.f.d. Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı b.ü.f.d., dos. Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və Appelyasiya komissiyasının sədri k.ü.f.d. Qahirə Məmmədovanın  təhlil-müqayisə formatında hazırladıqları  məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, I semestr və payız sessiyası üzrə  yekun imtahan  nəticələrin qənaətbəxş hesab olunmasına dair  qərar qəbul edilib. Elmi Şura iclasının gündəliyindəki ikinci məsələ üzrə ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanovun şura üzvlərinə təqdim olunan məruzəsi ətrafında aparılan fikir mübadiləsində bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla Azərbaycan Turizm və Menecment Universitetinin “2017-2020-ci illər üzrə Strateji plan”ının icrasına dair qərar qəbul olunub.Cari məsələlər sırasında i.ü.f.d. Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib. S.ü.f.d.Tərlan Növrəsli və i.ü.f.d. Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaqları üçün açıq səsvermə keçirilib.Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın  “2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələri”nə dair iclası keçirilib.Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı c.ü.f.d. Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı b.ü.f.d., dos. Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və Appelyasiya komissiyasının sədri k.ü.f.d. Qahirə Məmmədovanın  təhlil-müqayisə formatında hazırladıqları  məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, I semestr və payız sessiyası üzrə  yekun imtahan  nəticələrin qənaətbəxş hesab olunmasına dair  qərar qəbul edilib. Elmi Şura iclasının gündəliyindəki ikinci məsələ üzrə ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanovun şura üzvlərinə təqdim olunan məruzəsi ətrafında aparılan fikir mübadiləsində bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla Azərbaycan Turizm və Menecment Universitetinin “2017-2020-ci illər üzrə Strateji plan”ının icrasına dair qərar qəbul olunub.Cari məsələlər sırasında i.ü.f.d. Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib. S.ü.f.d.Tərlan Növrəsli və i.ü.f.d. Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaqları üçün açıq səsvermə keçirilib.

 

1158 Views
İlkin Qurbanlı

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…