Turizm və rekreasiyanın problemləri araşdırılıb

11 Aprel 2017
Author :  

Bakı, 8 aprel, M.Dadaşov, AZƏRTAC Ölkəmizin təhsil məkanında özünəməxsus yeri olan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsinə, bunun üçün respublikamızda, eləcə də xarici dövlətlərdə fəaliyyət göstərən alimləri bir araya gətirərək, fikir mübadiləsinin aparılmasına da xüsusi önəm verir. Aprelin 8-də ATMU-nun təşkilatçılığı ilə bu ali məktəbin nəzdindəki Bakı Turizm Peşə Məktəbində “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, ATMU-nun turizm kafedrasının müdiri Bahadur Bilalov universitetdə turizm sahəsində kadr hazırlığı istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, hazırda ölkəmizdə müvafiq sahənin inkişafına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ölkəmizdə turizmin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər bu sahənin dövlətimiz üçün prioritet istiqamət olduğunu bir daha təsdiqləyir.ATMU-nun bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan B.Bilalov diqqətə çatdırıb ki, “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans da bu sıradadır. Artıq üçüncü səfər təşkil edilən konfransda xarici ölkələrdən olan tədqiqatçıların turizmin inkişafı ilə bağlı səsləndirdikləri fikirlər tədbirin əhəmiyyətini daha da artırır.XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi barədə məlumat verən ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov diqqətə çatdırıb ki, tədbirdə bu ali məktəbin də stendi yerləşdirilib. Sərgi iştirakçılarına ATMU-nun fəaliyyəti, potensialı haqqında məlumat verilir. E.Aslanov vurğulayıb ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ATMU-nun üzərinə xüsusi öhdəliklər qoyulub. Hazırda universitet üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.Aprelin 10-dan mayın 10-dək paytaxtımızda ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcəyini xatırladan E.Aslanov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən təşkil olunacaq. Hazırda festivalin təşkilinə töhfəsini vermək üçün ATMU-nun 200-dək tələbəsinə xüsusi təlimlər keçirilir. Bu kimi tədbirlərin təşkili Azərbaycanda turizmin aparıcı sahələrdən birinə çevrilməsinə imkan yaradacaq.ATMU-nun inkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva və digər çıxış edənlər konfransın turizm sahəsinin inkişaf etdirilməsində qarşıya çıxan problemlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, ATMU ölkəmizdə turizm sahəsində kadr hazırlığı, elmi-tədqiqat işlərinin həyata keçirilməsinə töhfəsini verməkdədir. Universitet, həmçinin bu istiqamətdə səmərəli nəticələr qazanmaq üçün yerli və xarici alimləri bir araya gətirərək, mühüm tədbirlərə ev sahibliyi edir.Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstan olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzəsi dinlənilib.Müvafiq mövzu ilə bağlı fikir mübadiləsi aparılan tədbirdə XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi barədə məlumat verilib.

1279 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…