ATMU-nun dekanı Türkiyədə keçirilən I Beynəlxalq Halal Turizm Konqresində iştirak edib

14 Aprel 2017
Author :  

Bu günlərdə Türkiyə Respublikasının Kastamonu Üniversiteti Turizm fakültəsinin təşkilatçılığı ilə qardaş ölkənin  Adenya Resort Otelində I Beynəlxalq Halal Turizm Konqresi öz işini uğurla başa çatdırıb. Halal turizm dedikdə qonaqlama, səyahət, rekreasiya və sair turizm fəaliyyətlərində diqqət çəkən ehtiyacların İslami qayda və inanclara uyğun qarşılanması və öyrənilməsi nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, bir qrup mühafizəkar kütlənin istirahət, gəzmək və sosiallaşma kimi turizm tələblərini şərtləndirən halal turizm müəyyən təbəqələr arasında gündən-günə nüfuz dairəsini genişləndirir. Halal turizmin dini turizmdən fərqləndirən cəhət səyahət paketinə daxil edilən yerin din ilə hər hansı bir bağlılığının olmaması, İslami qaydalar çərçivəsində gerçəkləşməsidir. Tədbirin təşkilində başlıca məqsəd halal turizm sahəsində araşdırma aparan nüfuzlu mütəxəssisləri, potensial  müştəri və qərar verən şəxsləri bir araya toplayıb şəbəkə yaratmaq, halal turizmin təbliği və marketinqində ortaq iş birliyi qurmaqdan ibarətdir. Həmçinin yeni məhsullar yaratmaqla, müsəlman səyahət bazarına nüfuz edib önəmli mövqeyə sahiblənmək və eyni zamanda müvafiq  xidmət növlərinin daha da genişləndirilməsinə təkan verməklə bərabər,müsəlman turistlərin ehtiyac duyduğu xidmət növlərini müəyyənləşdirməkdir.Dünyada İslam ölkələrinin iqtisadi gücünün artmasına rəğmən turizm sektorunda müsəlmanlara yönələn xüsusi bir bazarın yaranması heç də  təsadüfi sayılmamalıdır. Statistik məlumatlara görə dünya turizm bazarının illik gəlirləri 8,3 % böyüdüyü halda “Halal turizm” bazarı ortalama 4,8 % böyüməktədir. Halal turizm bazarı 2015-ci ildən etibarən 108 milyon turist və145 milyard dollar təşkil edib. 2020-ci ildə isə bunun 180 milyon turist və 200 milyard dollar həcminə yüksələcəyi təxmin edilir.Qeyd edək ki, tədbirdə Kastamonu universitetinin rektoru prof. Seyit Aydın, Alanya Alaaddin Keykubat Universitetinin rektoru prof. Ahmet Pınarbaşı, Qırğızıstan YÖK-ün müdir müavini prof. Nurlan Ahmetova ilə yanaşı Türkiyə xaricində 12 ölkədən 125 akademik və investor qatılıb.  Azərbaycandan isə AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi, Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov  və Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov olub. Rəhman Səfərov tədbirdə “Azerbaycanda turizm sektoru: turizm eğitimi ve halal turizm destinasyonuna genel bir bakış” adlı təqdimatla çıxış edib. Təqdimat-çıxışında Azərbaycanın turizm sektoru, turizm mərkəzləri və növləri, Azərbaycanda turizm təhsili və halal turizmin önəmini tutarlı faktlarla isbatlayıb.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…