Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır

17 Aprel 2017
Author :  

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan xalqının Ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin keçirilməsinə start verilib.Aprelin 14-də Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan tələbələrin adı qeyd edilən məqalə müsabiqədə fəal iştirakını təmin etmək məqsədilə ali təhsil müəssisəsində tədbir keçirilib. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, Xidmət mühəndisliyi fakültəsinin dekan müavini, YAP-nın universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov çıxışı zamanı  diqqətə çatdırıb ki, Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyət həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb.XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi qayğı göstərib. "Qadın böyük qüvvədir" deyən ulu öndər qadınlara xüsusi hörmət və münasibətini formalaşdırdığı qadın siyasətində konkret əksini tapıb. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququ təsbit olunub və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazası yaradılıb. Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan qadın siyasətinin sistemli şəkildə inkişafının məntiqi nəticəsidir. "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir" deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın cəmiyyət həyatında qadınların rolunun yüksəldilməsi üçün böyük imkanlar yaradılır.Millət vəkili Q.Paşayeva “bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz” deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır” deyən millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili tələbələri maraqlandıran sualları da cavablandırıb. Nərimanov rayon Qadınlar Şurasının sədri, Respublika Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, YAP Mərkəzi Aparatın əməkdaşı, Suraxanı Rayon Qadınları Şurasının sədri Zəkiyyə Musayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin gender şöbəsinin baş məsləhətçisi Sevinc Əlizadə ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirən Prezident İlham Əliyevin qayğısı sayəsində xüsusilə son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm müsbət dəyişikliklər fonunda qadın hərəkatının daha da gücləndiyini, Azərbaycan xanımlarının geniş spektrli fəaliyyətlərində, həyata keçirilən yeni layihələrdə böyük  fəallıq nümayiş etdirdiklərini dedilər.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…