Azərbacayn və Avropa Universitetləri arasında əlaqələr möhkəmlənir

11 May 2017
Author :  

10 may 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri ilə Avropa Birliyinin Tempus layihəsi çərçivəsində görüş keçirilmişdir. ATMU 2014-ci ildən etibarən məlum proqramın “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihsəində ən fəal üzvlərdən birinə çevrilmişdir.  Adıkeçən layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova, Ruminiya, Portuqaliya, Fransa və İspaniya Krallığının turizm sənayesi üzrə ixtisaslasan müxtəlif təşkilat və ali təhsil müəssisələri qarşılıqlı formada əməkdaşlıq edirlər. Layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, əsas koordinatoru isə Fransanın Qrenobl Akademiyasıdır. Layihənin həyata keçirilməsinin əsas məqsədi otelçilik ixtisası üzrə ali təhsil proqramlarının təkmilləşdirilməsi və otelçilik menecmenti ixtisası üzrə perspektivli bakalavr və magistratura pilləsi üçün programların hazırlanmasıdır. Görüş çərçivəsində ATMU və Jirona universiteti arasında ikili diplom ilə  bağlı niyyət protokolu imzalanmışdır.Qərara alınmışdır ki 2 ay müddtəində əməkdaşlığın forması tam olaraq hər iki universitetin müvafiq qurumaları tərəfindən müəyyən edilsin və əsas əməkdaşlıq müqaviləsi üçün hazırlansın.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…