ATMU-nun magistr-tələbəsi İspaniyada keçirilən tədbirdə iştirak edib

12 May 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin birinci kurs magistr-tələbəsi Fəridə Əkbərova Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Bask Kulinariya Mərkəzinin təşkilatçılığı ilə 8-9 may 2017-ci il tarixlərində İspaniyanın San Sebastyan şəhərində keçirilən BMÜTT-nin Qastronomik Turizm 3-cü Dünya Forumunda iştirak edib. Beynəlxalq tədbir “İnkişaf Naminə Beynəlxalq Davamlı Turizm İli” çərçivəsində davamlılıq və qastronomik turizm arasında əlaqələrin gücləndirilməsinə həsr olunub. ATMU tələbəsi Qastronomik Turizmə həsr olunan konfransda və BMÜTT Qastronomik Şəbəkəsi tərəfindən keçirilən görüşdə, həmçinin Bereziartua Sirkə Evində bask mətbəxi ilə tanışlıq ekskursiyasına qatılıb.

İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…