Ölkəmiz dinamik inkişaf yolunda inamla addımlayır

19 İyun 2017
Author :  

15 iyun ümummilli lider Heydər Əliyevin Azərbaycan Parlamentinə sədr seçildiyi gün- Milli Qurtuluş Günüdür. Bu münasibətlə Azərbaycan Turizm və Menecment Universitetində tədbir keçirilib. ATMU-da rektor səlahiyyətlərini icra edən, s.ü.f.d.,dos. Eldar Aslanov tarixi hadisəni şərh edərkən  dedi ki, “Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzərəçarpan dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, o cümlədən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs elan olundu. Bu gün müstəqil Azərbaycan Respublikası tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlərə imza atır.”E.Aslanov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti dövründə strateji sahə sayılan təhsilin inkişafına xüsusi qayğı göstərib. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”,- deyən müdrik rəhbər təhsili yalnız savad, bilik qazanmaq, elm öyrənmək prizmasından dəyərləndirməyib. “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır” tələbini gerçəkləşdirməyi bizlərə tövsiyyə edib.  ATMU-nun İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim   Əliyev, universitetin dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Milli Qurtuluş gününə həsr olunan tədbirdəki  çıxışlarında “1991- ci ilin 18 oktyabr tarixində XX yüzillikdə ikinci dəfə yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın 1993- cü ildə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi qarşısında qaldığı zaman  məhz Heydər Əlirza oğlu Əliyevin xilaskar rəhbər kimi qayıdışını və ölkənin xaotik vəziyyətdən xilas olduğunu detallı faktlarla diqqətə çatdırdılar. Prezident İlham Əliyevin ümummilli lider tərəfindən əsası qoyulan genişspektrli strategiyaya sadiq qaldığını və ölkəmizin dinamik inkişafı istiqamətində qazanılan uğurları konkret faktlarla isbatladılar. Məlumdur ki, ölkəmizdə böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik 15 iyun- Milli Qurtuluş Günü 1997-ci ildən təntənə ilə  qeyd edilir.

999 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…