“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı işıq üzü gördü

19 İyun 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan Turizm və Menecment Universitetində kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, turizm sahəsinin inkişafında təhsilin əhəmiyyəti, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasınının tədqiqi kimi araşdırma nəticələri yer almışdır. Jurnalın elektron versiyası ilə universitetin veb saytında(www.atmu.edu.az), həmçinin Kitabxana İnformasiya Mərkəzində (KİM) tanış olmaq olar.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…