ATMU-da Elmi Şuranın tədris ili üzrə yekun iclası keçirilib.

02 Avqust 2017
Author :  

İyulun 14-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın “2016/2017-ci tədris ilinin yekunlarına və yeni- 2017/2018-ci tədris ilinə hazırlığın vəziyyəti”nə həsr edilən yekun iclası olub. ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dos. Eldar Aslanov iclasın gündəliyindəki aktual məruzələr üzrə struktur rəhbərlərinin hesabat-çıxışları ilə bərabər, cari məsələlərin də  nəzərdə tutulduğunu deyib. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ixtisaslı və keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq tələbini strateji hədəf kimi dəyərləndirən ATMU kollektivini daha çevik və səmərəli fəaliyyət göstərməyə çağırıb. Rektor əvəzi qeyd edib ki, son illər qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr, Nazirlər Kabinetinin 2016-cı il 9 sentyabr tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulub.Məhz həmin sərəncamların icrasına uyğun olaraq “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında ATMU-nun nəzdində yaradılan Şahdağ Regional Turizm Peşə Məktəbinə 2017/2018-ci tədris ili üzrə ilk şagird qəbulu prosesinə başlanılıb. Şahdağ RTPM-də mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə 250 şagird təhsil alacaq. E.Aslanov daha sonra bildirib ki,2011/2012-ci tədris ilindən ATMU-da doktorant/dissertant hazırlığına başlanılıb. Bu müddət ərzində ümumilikdə 53 nəfər doktarant-dissertantdan 5 nəfəri elmi işini uğurla müdafiə edib. “Biznes idarəçiliyi” fakültəsinin dekan müavini Anar Mirzəyev isə turizmin iqtisadi roluna həsr edilmiş elmi işinin uğurlu müdafiəsinə görə Ali Attestasiya Komissiyasının (AAK)  müvafiq qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomunu alan ATMU-nun ilk doktarantı olub. Universitetin daha 8 nəfər doktarant-dissertantı elmi müzakirələrdən uğurla keçərək, müdafiəyə buraxılıblar.  Həmçinin bu günlərdə ATMU-nun üç alimi dosent adını alıb və bu barədə müvafiq sənəd onlara AAK tərəfindən təqdim olunub.       ATMU-nun İnkişaf üzrə prorektoru, professor İranə Əliyeva,"Keyfiyyət təminatı" şöbəsinin müdiri Nərminə Abdullayeva, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Orxan Musa və müvafiq struktur rəhbərləri “2016-2017-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlığın vəziyyəti” ilə bağlı çıxışlarında qeyd ediblər ki, universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatdırılıb. 2010 –cu ildən 2017-ci ilədək universiteti 2 min 111 nəfər, onlardan 143 nəfəri magistr pilləsini bitirib. Cari ildə bu ali təhsil müəssisəsində 11 ixtisas üzrə 297 nəfər bakalavr pilləsinin məzunu adını qazanıb. Onlardan 43 nəfəri buraxılış işi müdafiə edib. Təhsili başa vuran 333  nəfərdən 36-ı magistr pilləsi üzrə, o cümlədən son10 il ərzində171 nəfər məzun həm milli, həm də Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənib. Bu ilki məzunlarımızdan bakalavr pilləsini bitirən 297 nəfərdən 74-ü Avropanın, Amerikanın,Türkiyənin və ölkəmizin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistr pilləsində təhsil alacaqlar. Bu günlərdə ATMU-ya qəbul olunan 83 nəfər magistr qeydiyyatdan keçib.ATMU Elmi Şurasının yekun iclasında “2016-2017-ci tədris ilinin yekunları və 2017-2018-ci yeni tədris ilinə hazırlığın vəziyyəti” qənaətbəxş hesab edildi.Qərara alındı ki, müəllimlərin qiymətləndirmə bacarığı yüksəldilsin. Cari ilin avqust ayı ərzində fənn müəllimlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq fakültə dekanları tərəfindən tədbirlər planı işlənib hazırlansın. O cümlədən Elmi Şuranın tədris ili üzrə yekun iclasında “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycan Turizm və Menecment Universitetində təhsil almaları haqqında” Əsasnamə təsdiq edildi və müvafiq qəbul komissiyasının tərkibi təsdiqləndi.

758 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…