İyunun 3-dən 7-dək ATMU-nun əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində İspaniyanin Alikante Universitetində təlimlərdə iştirak ediblər. Təlimlərdə Azərbaycan Respublikası Təhsil nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunub. Təlim moderatorlar- Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin (Isvec) alimi Viktor Kordas- tərəfindən aparılıb.Təlim universitetlərin Avropa Standartlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim - akreditasiya mövzuları çərçivəsində qrup işi, müzakirə və təqdimatlar formatında olub.Qeyd edək ki, Avropa Komissiyasının  maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə  Azərbaycan Turizm və Menecment Universitetini rektor musaviri Elvin Yusifli, layihə koordinatoru- dekan müavini Flora Ələsgərova, tədris söbəsinin müdiri Simnar Mamedov, beynəlxalq əlaqələr söbəsinin baş mütəxəssisi Humay Cəfərli və menecment kafedrasının müəllimi Aqil Vəliyev təmsil edib.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) marketinq kafedrasının və “RHC” şirkətinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində müvafiq ixtisas qrupu tələbələrinə “Qiymətləndirmə strategiyaları” mövzusunda praktik təlim keçirilib. Adıçəkilən şirkətinin direktoru Cavid Cəbiyev tədbir çərçivəsində qiymətləndirmə strategiyalarının düzgün təyini, zaman baxımından aktuallığı, səmərəli istifadə metodları, tələb - təklif asılılığı və sair məsələlərdən danışıb.Geniş fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda  Azərbaycan Turizm və Menecment Universitetinin marketinq kafedrası adından ” PHC”  şirkətinin direktoru C.Cəbiyevə “Təşəkkürnamə” sertifikatı təqdim olunub.Təlimdə kafedra müdiri dos.Elmira Qocayeva, baş müəllim Günel Teymurova və ixtisas qrupu tələbələri iştirak ediblər.

18 aprel 2019 cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Biznes İdarəçiliyi fakultəsinin İqtisadiyyat kafedrası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq” adlı seminar keçirilib. Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin Kapital bazarına nəzarət idarəsinin aparıcı analitiki Tural Eyvazlı,  Bakı Fond Birjasının Ticarət və üzvlük qrupunun aparıcı mütəxəssisi Mətin Yolçuyev və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndəsi Əli Hüseynlinin təqdimat- çıxışları ali təhsil müəssisəsinin müvafiq ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb. “Kapital bazarının iştirakçıları və alətləri”, “İnvestisiya qiymətli kağızları”, “Kapital bazarlarında maliyyələşmə”, “İnvestisiya xidmətlərinin növləri və emitentləri”nə dair nəzəri və praktik mövzulu təqdimatlar geniş fikir mübadiləsi şəraitində başa çatıb. Tədbirin sonunda adıçəkilən qurum tərəfindən universitetdə seminar-təqdimatların  vaxtaşırı təşkili qərara alınıb.

28 mart 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  “Biznes idarəçiliyi” fakultəsi Menecment kafedrasının təşkilatçılığı,İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının təşəbbüsü ilə “Amazonla Qazan - gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılması” mövzusunda təlim keçirilib.  “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov və menecer Ayxan Qədəşov adıçəkilən fakültə tələbələrini elektron ticarət platformalarında qeyri-neft ixracı üzrə artımın dəstəklənməsi,o cümlədən konkret istiqamətdə görülən işlərlə tanış ediblər.Gələcək turizimçilər təlim proqramı çərçivəsində, həmçinin “Amazon”və “Alibaba” kimi nəhəng elektron ticarət platformalarının uğurlu fəaliyyəti əsasında müstəqil biznes şəbəkəsinin qurulmasına dair detallı informasiya imkanı əldə ediblər.ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin təlim proqramında fəallığı ilə fərqlənən 40 tələbəsinə sertifikatlar təqdim olunub.

1 -dən səhifə 5

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…