Maliyyə ixtisasasının xarakteristikası

21 Mart 2015
Author :  

Peşə fəaliyyətinin sahəsi

Bu ixtisasaın məzunları maliyyə orqanlarında, sığorta təşkilatlarında, sosial-müdafiə fondlarında, banklarda, ipoteka, lizinq, faktorinq, broker, investisiya şirkətlərində, kredit təşkilatlarında, lombardlarda, qiymətli kağızlar, sığorta, maliyyə və investisiya bazarlarında, pul və kapital bazarlarında peşəkar, analitik, məsləhət fəaliyyətini həyata keçirir, müvafiq təşkilatlarda elmi-tədqiqat işlərini yerinə yetirirlər.

 

Maliyyə ixtisasını bitirmiş bakalavrlar maliyyənin planlaşdırılması, proqnozlaşdırılması, tənzimlənməsi, idarə və təşkil edilməsi ilə və həmçinin makro və mikro səviyyədə aparılan pul-kredit, fiskal siyəsətin tədbirlərinin həyata keçirilməsi ilə məşğul olurlar. Bu profil üzrə bakalavrlar şirkətin maliyyə vəziyyətinin təhlilini aparmalı, onların gəlirlərinin artırılması, xərclərinin və risklərinin minimallışdırılmasını təmin etməli, bazarın tələblərinə uyğun olaraq keyfiyyətli maliyyə xidmətləri göstərməlidirlər.

Peşəkar fəaliyyətin obyektləri

ATMU-nun Maliyyə ixtisasının məzunlarının peşəkar fəaliyyətinin obyektləri dövlət orqanları, Azərbaycan Respublikasının Maliyyə, İqtisadiyyat, Vergilər nazirlikləri və Mərkəzi Bankı, maliyyə bazarının və maliyyə təşkilatların fəaliyyətinə nəzarət edən dövlət orqanları, nazirliklərin iqtisadi qurumları, banklar, sosial-müdafiə, sığorta, ipoteka və lizinq təşkilatları və şirkətləri, lombardlar, kredit təçkilatları, birjalar, büdcə təşkilatları və meəssisələri, investisiya fondları, müxtəlif təkilati-hüquqi formada təsərrüfat subyektləri, iqtisad məhkəmələri, audit təşkilatları, elmi-tədqiqat müəssisələri.

Peşəkar fəaliyyətin predmeti.

Maliyyə ixtisası bakalavrın fəaliyyət predmeti aşağıdakılardır:

  • sosial-iqtisadi proseslərin tənzimlənməsində iqtisadi kateqoriyalardan istifadə edilmək;
  • maliyyə-kredit siyasətin strateqiyasının müəyyən etmək və onun realizə edilməsi mexanizmlərinin işləmək;
  • müəssisə və təşkilatların maliyyə axınlarının planlaşdırımaq, onların büdcələrinin tərtib etmək və maliyyə-iqtisad proseslərin proqnozlaşdırmaq;
  • maliyyə, sığorta bazarları iştirakçılarının hesabatlarının tərtib etmək;
  • valyuta-kredit tənzimlənməsi metodikasına yiyələnmək və tədiyə balansının tərtib etmək;
  • maliyyə təşkilatlarının beynəlxalq təcrübəsinin öyrənmək və onun milli təcrübəyə uyğunlaşdırmaq;
  • meqavilələrin və diqər hüquqi sənədlərin tərtib edilməsi metodikasına yiyələnmək.

Peşəkar fəaliyyətin növləri.

Maliyyə ixtisasını bitirən bakalavrlar aşağıdakı peşəkar fəaliyyət növlərini yerinə yetirə bilərlər:

  • təşkilati-idarəetmə;
  • istehsalat-texnoloji;
  • hesablama-layihə;
  • eksperimental-tədqiqat;
  • təhsil;
  • hüquqi;
  • analitik;
  • məsləhət.

 Peşəkar fəaliyyətin nümunəvi məsələləri.

 Maliyyə ixtisasını bitirən bakalavrlar aşağıdakı nümunəvi məsələləri həll etməlidirlər:

 maliyyə, pul-kredit münasibətlərini tənzimləyən normative-hüquqi aktların və əsasnamələrin icrasının yerinə yetirilməsini təmin etmək;

  • peşəkar fəaliyyətin bütün sferalarında maliyyə intizamının gözlənilməsinə nəzarət etmək;
  • struktur bölmələrdə maliyyənin rasional təşkil etmək;
  • təsərrüfat subyektlərin, idarə və təşkilatların fəaliyyətində maliyyə menecmentini tətbiq etmək;
  • maliyyə risklərinin monitorinq və idarə etmək;
  • qiymətli kaöızlar portfelini idarə etmək və onun strukturunu optimallaşdırmaq.

 Peşəkar fəaliyyətin istiqamətləri.

 Maliyyə ixtisasını bitirən bakalavrlar aşağıdakı istiqamətlər üzrə öz fəaliyyətini həyata keçirə bilərlər:

 büdcə-vergi, pul-kredit siyasətində strateqiyanın, taktikanın işlənilməsi və həhata keçirilməsi;

  • peşəkar fəaliyyət sferalarında innovasiya texnologiyalarının tətbiq edilməsi;
  • vergitutmanın təşkili və həta keçirilməsi;
  • investisiya layihələrinin işlənilməsi və təbiq edilməsi;
  • təsərrüfat subyektlərinin, maliyyə-kredit institutlarının maliyyə fəaliyyətinin idarə edilməsi, təhlili və nəzarəti;
  • təsərrüfat subyektlərinə hüquqi məsləhətlərin verilməsi və konsaltinq xidmətlərin göstərilməsi;
  • keyfiyyətli sığorta xidmətlərin göstərilməsi;
  • bank işinin təşkili və kreditlərin formalarının, növlərinin və metodlarının inkişaf etdirilməsi;
  • maliyyə bazarının təşkilində və formalaşmasında peşəkar fəaliyyət;
  • təhsilin artırılması.
651 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…