Menecment ixtisası

18 Aprel 2015 Author :  

Menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini səmərəli təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer adlanır. Ümumilikdə menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir.

 

Menecment sahəsi üzrə çalışan şəxslər menecerlər adlanırlar.

Menecment ixtisasının məzunları müxtəlif kommersiya və  qeyri – kommersiya təşkilatlarında çalışa bilərlər.

Menecelər necə olmalıdırlar?

Menecer bir çox keyfiyyətlərə sahib olmalıdır. Nəzərə alsaq ki, menecerlər bir çox hallarda müştərilərlə tez – tez ünsiyyətdə olurlar bu halda düzgün davranış, nitq, xarici görünüş önəmli faktordur. Bundan əlavə menecer təkcə müştərilələr deyil həmçinin müəssisə fəaliyyətinin səmərəli təşkili üçün işçilərlə də düzgün nitqə, davranışa sahib olmalıdır. Menecer həmçinin maliyyə, marketinq, iqtisadiyyat, kargüzarlıq kimi sahələr haqda savada malik olmalıdır. Xarici dil bilgisi menecer üçün xarici müştəriləri və tərəfdaşlarla ünsiyyət qurmaqda önəmlidir.

ATİ-də tədris olunan menecment ixtisası haqqında bəzi məlumatlar

İxtisas şifrəsi       050407

İxtisas qrupu          II

Tələbə sayı      2014-cü il 80 yer

Təhsil forması  əyani, qiyabi

Tədris dili    azərbaycan/rus

Müddət  4 il/ 8 semestr

Təcrübə müddəti   20 həftə

Təhsil haqqı   3000 AZN

613 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…