Marketinq ixtisası

18 Aprel 2015 Author :  

Marketinq ixtisası tələbələrə şirkətlərin öz məhsul və xidmətlərini kimlərə, harda, hansı formada satmağı öyrədir. Özü özlüyündə müasir və maraqlı olan bu peşənin fəaliyyət istiqamətləri bəzən bəzi sahələrlə üst üstə düşür.  Marketinq bazarın araşdırlmasını özündə ehtiva edir, bu araşdırmalar nəticəsində bazara alıcıların tələbatına uyğun və digər bazar subyektləri ilə rəqabətdə davam gətirə biləcək məhsul/xidmətlərin təklif olunmasını öyrənir. Məhsulun və ya xidmətin satılacağı hədər qruplarının müəyyən edilməsi, reklam olunması bu peşə sahiblərinin üzərinə düşür. Qısacası, marketinq şirkətin gəlirlərinin artırılmasına yönəlik peşə fəaliyyətidir.

 

Marketinq ixtisası üzrə çalışanlar marketoloqlar, marketerlər və ya bazar araşdırmaçıları adlanırlar.

Bu sahəni bitirən məzunlar müxtəlif biznes fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatlarında (şirkətlərdə) çalışa bilərlər.

Marketoloq/marketerlər necə olmalıdırlar?

Araşdırmaçılıq bacarığı  bu peşənin ən birinci tələbidir. Bu səbəbdən də sosiologiya, statistika fənni bu ixtisas üçün xüsusi önəm kəsb edir. Kreativlik, rasionallıq marketoloqlara xas bir xüsusiyyətdir.

ATİ-də tədris olunan marketinq ixtisası haqqında bəzi məlumatlar

İxtisas şifrəsi       050408

İxtisas qrupu          II

Tələbə sayı         2014-cü il 20 yer

Təhsil forması  əyani, qiyabi

Tədris dili    azərbaycan

Müddət  4 il/ 8 semestr

Təcrübə müddəti   20 həftə

Təhsil haqqı   3000 AZN

387 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…