Sosial iş

18 Aprel 2015 Author :  

Sosial iş (sosial iş/sosial idarəçilik/sosial pedaqoqika) fərdlərin, icmaların, qrupların  sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş peşəkar fəaliyyət növüdür.  Daha detallı desək sosial iş peşəsinin mahiyyəti  xüsusi köməyə ehtiyacı olan, yoxsul, əlil, zorakılığa məruz qalmış insanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək etmək, onların problemlərini həll etmək, maraqlarını müdafiə etmək, psixoloji yardımlar vermək və bu təbəqənin sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir.

 

Sosial iş fəaliyəti ilə olan şəxslər sosial işçi adlanır.

Sosial iş mütəxəssisləri peşə fəaliyyətini Birləşmiş Millətlər Təşkilatı, Oxfam International, Avrasiya Fondu, Gənclər Fondu kimi beynəlxalq və yerli təşkilatlarda, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və onların yerli, regional bölmələrində həyata keçirə bilərlər.

Sosial işçi necə olmalıdır?

Nəzərə alsaq ki, sosial işçilər kimsəsiz uşaqlar, yaşlılar, fiziki/mənəvi qüsurlu şəxslərlə işləyir bu halda onlar ilk öncə nəzakətli nitqə və davranışa sahib olmalıdır.  Bununla yanaşı sosial işçi hər kəslə düzgün münasibət qurmağı bacarmalıdır. Tolerantlıq (dözümlülük və səbirlilik) və konfliktli situasiyalarda düzgün davranmaq sosial işçinin əsas xüsusiyyətlərindən biridir.

Dil bilgiləri sosial iş sahəsində öz bilik və bacarıqlarını artırmaq, karyerasını beynəlxalq təşkilatlarda həyata keçirmək istəyən şəxslər üçün çox vacibdir.

 

ATİ-də tədris olunan sosial iş ixtisası haqqında bəzi məlumatlar

İxtisas şifrəsi        050813

İxtisas qrupu           II

Tələbə sayı         2014-cü il 20 yer

Təhsil forması      əyani, qiyabi

Tədris dili    azərbaycan

Müddət  4 il / 8 semestr

Təcrübə müddəti   8 həftə

Təhsil haqqı   2500 AZN

4466 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…