Təcrübə mübadiləsi

18 Aprel 2015 Author :  

Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış "Turizm Sahəsi üzrə Təhsildə Əməkadaşlıq" müqaviləsinin şərtlərinə əsasən, İELTS 5.5 dərəcə toplayacaq hər bir ATMU tələbəsi dörd illik bakalavr təhsilinin sonunda həm ATMU (milli), həm də IMC Krems TEU Universitetinin (beynəlxalq) diplomunu alacaqdır.Bu diplomla ATMU tələbələri Avropanın istənilən ali təhsil məktəbində təhsillərini daha yüksək elmi dərəcələr üzrə təkmilləşdirmək və işlə təmin olunmaq imkanı qazanırlar. Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Hazırda ATMU tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi ATMU-da tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə Proqramıdır. Proqramın ilk ilində ADİU-nun 11 professor və müəllimi Türkiyənin Gazi, Hacettepe, Sakarya və Akdeniz Universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş, müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin universitetlərdə tətbiq olunan müasir tədris metodları ilə tanış olmuşdur.

1594 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…