Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 25 fevral 2016-cı il tarixində Avropa Ittifaqının (Aİ) maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Tvvinnq proqramının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub.Tədbirdə layihənin Daimi Tvvinninq müşaviri Herbert Paulişin və baş mütəxəssis Ana Raduleşku ali təhsil ocağının Sosial iş ixtisası üzrə III kurs bakalavr və II kurs magistr tələbələri ilə istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, həmçinin nəzərdə tutulan icra müddəti ərzində görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, adı qeyd edilən layihə çərçivəsində Sosial iş ixtisasında təhsil alan tələbələrin təcrübə semestrinə,o cümlədən yay tanışlıq təcrübəsinə dəstək veriləcəkdir. Onlara müvafiq istiqamətlərdə rəhbərlik ediləcəkdir. Layihə çərçivəsində növbəti görüşlər aprel ayının əvvəllərinə planlaşdırılır.