ATMU tələbələri Vyanada keçirilən 47-ci Beynəlxalq Bazar Festivalının iştirakçısı olublar

20 Aprel 2015
Author :  

27 və 28 noyabr 2015-ci il tarixində Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Vyana Mərkəzi tərəfindən dünyadakı uşaq evlərinə yardım məqsədi ilə 47-ci Beynəlxalq Bazar Festivalı keçirilib. Bu beynəlxalq tədbirdə Amerika, Türkiyə, Macarıstan, Avstraliya, Yeni Zelandiya və sair dövlətlərin nümayəndə heyətləri sırasında ,Azərbaycan da geniş tərkibdə təmsil olunub.

Beynəlxalq Bazar Festivalında Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, diplomatik korpusun əməkdaşları və ailə üzvləri, həmçinin Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universitetində mübadilə proqramı çərçivəsində təhsillərini davam etdirən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Şahin Paşazadə və Əfruz Məmmədova da iştirak ediblər. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, universitet tələbələri Azərbaycana aid stendin tamaşaçılarına ləziz təamlar- plov, dolma, kabablar, müxtəlif şirniyyatlar təklif ediblər. Azərbaycan və Qarabağa dair broşurlar və sair çap məhsullarının satışından toplanan vəsait isə yardım olaraq Birləşmiş Millətlər Təşkilatının Vyana Mərkəzi tərəfindən dünyadakı uşaq evlərinə göndərilib.

204 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…