ATMU nümayəndə heyəti Almaniyaya səfər edib

20 Aprel 2015
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin müəllim-inzibati-tələbə heyəti Almaniyanın Vilhelshaven şəhərində yerləşən Jade Universitetində keçirilən təlimlərin iştirakçısı olublar. 16 – 27 noyabr 2015-ci il tarixlərində “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusun həsr olunmuş təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna olmaqla müxtəlif ölkələrdən 30 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.Azərbaycanı ATMU-dan Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli, “Turizm və qonaqpərvərlik” fakültəsinin tyutoru Sara Bağırlı, ali təhsil ocağının tələbələri -Fəridə Əkbərzadə, Günel Ağababayeva, Röya Vəlizadə, Kamran Daşdəmirov, Naxçıvan Dövlət Universitetinin magistrantı Sahil Murtuzayev təmsil etmişlər. Təlimlər Jade Universitetində nəzəri və müzakirə formatında keçirilmişdir.Təlimçilərin fikrincə Almaniyanın tarixi-mədəni yerlərinə ekskursiyaların təşkili əyanilik baxımından yaddaqalan olmuşdur . ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli müxbirimizə bildirmişdir ki, tədbirin başlıca məqsədi mədəniyyətlərarası inkişaf prosesində ünsiyyətin rolu, bu sahədə strategiyalarla tanışlıq, ünsiyyət mədəniyyətində istifadə olunan metodlar, eləcə də mədəniyyətlərarası fərqliliklərin müzakirəsindən ibarət idi. Deməliyəm ki, “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusuna həsr olunmuş təlimin sonunda iştirakçılar mükafat və sertifikatla təltif edilmişlər. Dekabın 11-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru professor Cəfər Cəfərov Almaniyanın Yade Universitetində olmuş təlim iştirakçıları ilə görüşmüşdür. Onlara təhsildə və gələcək peşəkar fəaliyyətllərində uğurlar arzulamışdır.

611 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…