ATMU-da “National Geographic Azərbaycan” jurnalının təqdimatı olub

20 Aprel 2015
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “National Geographic Azərbaycan ” jurnalının təqdimatı olub. Jurnalın baş redaktoru Seymur Teymurov və marketinq meneceri Aydan Zeynalova təqdimat çıxışlarında bildiriblər ki,ölkəmizdə bu ilin sentyabr ayından işıq üzü görən “National Geographic Azərbaycan” jurnalı ilk dəfə 1888-ci ildə “National Geographic” cəmiyyətinin dəstəyi ilə “National Geographic” adla nəşrə başlayıb. 60 milyondan çox oxucu auditoriyasına malik olan jurnalı 40 dildə oxumaq mümkündür. Elmi, səyahətləri və turizmi təbliğ edən, ən məşhur brendlərdən sayılan jurnal -“National Geographic Azərbaycan ” ölkəmizdə 30 min trajla nəşr olunur. “National Geographic Azərbaycan” jurnalının təqdimatına həsr olunan görüşdə ATMU-nun müəllim və tələbələri iştirak ediblər.

314 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…