Respublikada ilk təcrübə: İkili diplom - Avropa təhsili

05 İyul 2016 Author :  
A
zərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı ilk gündən özünün beynəlxalq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi diqqət ayırır. Məhz bu səbəbdən də 2007-ci il İyul ayının 4-ü Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq, ATMU və Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti (Krems TEU) ilə ikili diplom üzrə müqavilə imzalanmışdır və artıq 10 il ərzində davamlı şəkildə fəaliyyət qöstərərək 170-dən çox məzunu iki diplom əldə etmişdir. İlk imzalanma mərasimində Azərbaycanın bir çox rəsmiləri, Azərbaycana akkreditə olunmuş xarici ölkələrin diplomatları və Avstriyadan gəlmiş nümayəndə heyəti iştirak etmişdi. “Turizm Təhsili Sahəsində Əməkdaşlıq Müqaviləsi” (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Krems Tətbiqi Elmlər Universiteti arasında) və “Akademik Müqavilə” (Azərbaycan Turizm və Menecment Universiteti ilə Tətbiqi Elmlər Universiteti arasında) imzalandığı vaxtdan etibarən ATMU-da əməkdaş universitetin tədris planına uyğun olaraq dərslərin keçirildiyi Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) qrupu yaradılmışdır. Müqavilənin şərtlərinə əsasən, İELTS 5.5 sertifikanına malik hər bir ATMU tələbəsinin ATMU-nun “Beynəlxalq Əlaqələr” şöbəsinə müraciət etməsi və qeydiyyatdan keçməsi yetərlidir. AATP qrupunda bütün dərslər ingilis dilində tədris olunur. Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir. Dörd ilin sonunda təhsilini AATP qrupunda müvəffəqiyyətlə başa vuran tələbələr həm ATMU-nun (yerli), həm də Krems TEU (beynəlxalq) diplomlarını əldə edirlər və öz təhsillərini daha ali pillələr üzrə Avropada davam etdirmək imkanı əldə edirlər.

B
Bu əməkdaşlığın uğurlu nəticələrini, ölkədə turizm sahəsinin sürətli inkişafını və beynəlxalq standartlara uyğun kadrlara olan ehtiyacı nəzərə alaraq, yüksək qayğınıza əsaslanaraq 12 oktyabr 2011-ci il tarixində Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin ölkəmizə rəsmi səfəri zamanı, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin hüzurunda iki ali məktəbin rektoru tərəfindən “Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr və Magistr hazırlığı proqramlarına dair Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır.

Tərəflər arasında 22 aprel 2011-ci il tarixində imzalanmış “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr proqramına dair Əməkdaşlıq Müqaviləsi”nin müddəti bitdiyi üçün, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müsbət rəyindən sonra müqavilə 22 yanvar 2016-cı il tarixində yeni “Turizm və Asudə vaxt Menecmenti üzrə Bakalavr proqramına dair Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır. Bu müqaviləyə görə dörd illik bakalavr proqramı üzrə hər il 30 nəfər olmaqla cəmi 120 nəfərin hazırlığı nəzərdə tutulmuşdur.

Bu günədək Azərbaycan–Avstriya Turizm Proqramı üzrə ümumilikdə 175 nəfər (162 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə) Azərbaycan təhsili tarixində ilk dəfə olaraq hər iki ali məktəbin diplomunu alıb və məzun olmuşlar. Hazırda proqram üzrə bakalavriat səviyyəsində 71, magistratura səviyyəsində isə 5 nəfər tələbə təhsilini davam etdirir.

 

AATP Alumni Networking Book, 2007-2017 (291 MB, PDF)

 Tez-tez soruşulan suallar

  • AATP qrupunda hansı tələbələr iştirak edə bilər?

    ATMU-nin hər bir tələbəsi- istər azərbaycan, istər rus, istərsə də ingilis dili bölməsinin tələbəsi- öz təhsilini birinci kursda başa vuraraq, Azərbaycan ali təhsil sisteminin tələblərinə əsasən məcburi fənləri tamamladıqdan sonra və maksimum 1 kəsr olmaq şərti ilə AATP qrupunda oxuya bilər.
  • AATP qrupunda daxil omaq üçün əsas şərtlər hansılardır?

    Birinci kursu ATMU-da müvəffəqiyyətlə başa vurmaq, British Council-ın İELTS 5.5 sertifikatına malik olmaq və AATP qrupunda təhsil almaq istəyi ilə bağlı ATMU-nun “Beynəlxalq Əlaqələr” şöbəsinə müraciət etmək və qeydiyyatdan keçmək. Müraciət edən tələbələr müsahibə nəticəsində Avstriyanın Krems TEU-nin nümayəndələri tərəfindən seçilirlər. Tələb olunan sənədlərin əsli və skan versiyası (PDF) hər il May ayının sonunadək BƏ şöbəsinə təfil verilməlidir:

    • CV ingilis dilində (Europass formatında)

    • Motivasiya məktubu (Şablonu Beynəlxalq Əlaqələr şöbəsindən əldə edə bilərsiniz)

    • Bakalavr ərizəsi (Şablonu Beynəlxalq Əlaqələr şöbəsindən əldə edə bilərsiniz)

    • Şəxsiyyət vəsiqəsi və surəti

    • Xarici passport və surəti

    • Attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi (Keyfiyyət Təminatı şöbəsinin Qeydiyyat bölməsindən əldə edə bilərsiniz)

    • Tələbə bileti və surəti

    • 3x4 ölçülü şəkil (2 ədəd)

    • Müvəffəqiyyət arayışı (dekanlıqdan əldə edə bilərsiniz)

    • British Council-ın IELTS 5.5 sertifikatı və ya imtahana qeydiyyatdan keçmək barədə sənədin surəti

  • AATP qrupunda təhsil müddəti nə qədərdir?

    Birinci ili yerli proqram əsasında tamalayan tələbə digər üç ili AATP qrupunda tamamlayır. Bu onun üçündür ki, Azərbaycanda bakalavriyat müddəti 4 il, Avropada isə 3 ildir. AATP qrupunun hər bir semestr müddəti 15 həftə və hər bir dərs müddəti isə 45 dəqiqədir.
  • AATP qrupundan çıxmaq mümkündürmü?

    AATP qrupuna daxil olmaq kimi, çıxmaq da könüllü ərizə əsasında mümkündür.Ən azı I semestr uğurla başa vurulmalı və uyğunlaşan fənlərin qiymətləri milli proqrama köçürülməlidir.
  • Avstriyada bir semestr mübadilə proqramında iştirak etmək şansı.

    Avstriyanın Krems TEU-də bir semestr (AATP proqramı üzrə 3-cü semestr) mübadilə proqramında iştirak etmək üçün tələbə, ilk növbədə, AATP proqramının tələbəsi olmalı və proqram çərçivəsində 1 və 2-ci semestrları uğurla tamamlamalıdır.
  • AATP qrupunda tələbələrin təcrübə keçmə qaydaları necədir?

    Hər bir ATMU tələbəsi kimi, AATP tələbəsi də tədris ilinin sonunda 22 həftəni əhatə edən təcrübə keçməlidir. Bunun üçün ona müvafiq kredit verilir. ATMU ümumiyyətlə tələbələrinin xaricdə təcrübə keçmələrinin tərəfdarıdır və bunu müvəffəqiyyətlə həyata keçirir. AATP tələbələrinin dil biliklərinin yüksək olması isə onların qonşu ölkələrlə yanaşı, Avropada da təcrübə keçmələrinə imkan yaradır.
  • Tələbə imtahan zamanı müvəffəqiyyətsiz olarsa hansı qaydalar tətbiq olunur?

    AATP qrupunda yerli qruplardan fərqli olaraq, kəsir imtahanları proseduru tətbiq edilir. İmtahanda müvəffəqiyyətsiz olmuş hər bir tələbənin semestr sessiyası bitdikdən 2 həftə sonra eyni bir fəndən 2 dəfə kəsr imtanahı vermək hüququ var. Əgər yenidən müvəffəqiyyətsiz olarsa, xüsusi kommisiya qarşısında şifahi sorğu-sual olunur, üçüncü şansını da dəyərləndirə bilməsə, tələbə həmin fənni digər ildə aşağı kurs yoldaşları ilə təzədən oxuyur.
  • AATP proqramında təhsil hansı ixtisas üzrə aparılır?

    AATP proqramında təhsil “Tourism and Leisure Management”, yəni “Turizm və Asudə vaxt Menecementı” ixtisası üzrə keçirilir. Daha ətraflı məlumat
  • AATP proqramında hansı dərslər keçirilir?

    “Turizm və Asudə vaxt Menecementı” ixtisasının kurrikulumuna əsasən, AATP proqramı üzrə keçirilən fənnlərin siyahısını qeyd olunan linkdən əldə edə bilərsiniz
  • AATP proqramında təhsil alarkən, milli proqramda ki dərslərdə iştirak etməliyəm mi?

    “AATP proqramında təhsil alan tələbələr “Beynəlxalq və Milli Proqramlar üzrə fənnlərin Uyğunlaşdırılması”na əsasən, milli proqram üzrə keçirilən bir sıra fənnlərin iştirakından azad olunurlar o səbəbdən ki həmin fənnlər AATP proqramının kurrikulumuna əsasən, müvafiq semestrerlər ərzində keçiriləcək. Fənnlərin siyahısı ilə tanış olmaq üçün dekanlıqlara və Beynəlxalq Əlaqələr şöbəsinə müraciyət edə bilərsiniz.
  • AATP proqramında kimlər Sizə dərs deyəcək?

    “AATP qrupunda bütün dərslər ingilis dilində tədris olunur. Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir. Qeyd olunan linkdə xarici müəllimlərin siyahısı ilə tanış ola bilərsiniz
  • Əlavə suallar yaranarsa tələbə hara müraciət edə bilər?

    AATP qrupunun Azərbaycan və Avstriya tərəfindən iki Proqram Koordinatoru var. Tələbənin sualı yarandığı halda koordinatorlara müraciət edilə bilər.
    ATMU tərəfindən Proqram Koordinatoru Humay Cəfərlidir.
    Skype for Business/Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 
1401 Views
Fərhad Mirəliyev

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…