Menecment
Menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini səmərəli təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer adlanır. Ümumilikdə menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir.