K2 Slider One

Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış "Turizm Sahəsi üzrə Təhsildə Əməkadaşlıq" müqaviləsinin şərtlərinə əsasən, İELTS 5.5 dərəcə toplayacaq hər bir ATMU tələbəsi dörd illik bakalavr təhsilinin sonunda həm ATMU (milli), həm də IMC Krems TEU Universitetinin (beynəlxalq) diplomunu alacaqdır.Bu diplomla ATMU tələbələri Avropanın istənilən ali təhsil məktəbində təhsillərini daha yüksək elmi dərəcələr üzrə təkmilləşdirmək və işlə təmin olunmaq imkanı qazanırlar. Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Hazırda ATMU tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi ATMU-da tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə Proqramıdır. Proqramın ilk ilində ADİU-nun 11 professor və müəllimi Türkiyənin Gazi, Hacettepe, Sakarya və Akdeniz Universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş, müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin universitetlərdə tətbiq olunan müasir tədris metodları ilə tanış olmuşdur.

Hazırda Azərbaycan Turizm və Menecment Universitetində turizm sahəsində müxtəlif kitabların toplandığı Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət göstərir. Bu, respublikamızda turizm sahəsində zəngin tərkibə malik yeganə kitabxanadır.ATMU-dan AZƏRTAC-a bildirmişlər ki, bu kitabxanadan təkcə universitetin kollektivi deyil, eyni zamanda, digər ali məktəblərin tələbələri, elmi işçilər də istifadə edirlər. Əsasən xarici ölkələrin nəşri olan kitabları instituta Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Boğaziçi Universiteti, Dünya Turizm Təşkilatı, ABŞ-ın Azərbaycandakı səfirliyi, BMT-nin Azərbaycan təmsilçiliyi, Bakı Səyahət və Ekskursiya Şurası, Avstriyanın İMC Tətbiqi Elmlər Universiteti kimi nüfuzlu qurum və təşkilatlar bağışlamışlar.

Hal –hazırda müasir dünyada xarici dillər haqqında bilik çox geniş yayılıb. Xarici dili bilmək nəinki xaricilərlə əlaqə saxlamağa imkan verir, hətta yaxşı pul qazanmaq imkanı verir. Hər hansı xarici dili bilərək başqa ölkəyə gedə bilərsiniz və sizi başa düşməməkdən qorxmaya bilərsiniz.Son zamanlarda məktəblərdə və yaxud digər təhsil ocaqlarında xarici dillərin tədrisinə böyük diqqət yetirilir. Hər halda məktəbdə və yaxud digər başqa yerdə xarici dili həmişə dəqiqliklə öyrənmək olmur. Siz nə haqqında arzu edirsiniz ? Dili necə öyrənmək ? Əgər biz haqlıyıqsa , onda bizim mərkəz əsl sizə lazım olan təhsil ocağıdır. Biz sizə bir neçə ay ərzində xarici dilə yiyələnmək şansını veririk. Biz tələbələrə aşağıdakı xidmətləri təklif edirik : Xarici dillər kursları (İngili dili, Fransız dili, Alman dili, İtalyan dili, İspan dili və s.), hazırlıq kursları. Xarici dillər kursları sizə nəinki pulunuzu qənaət etməyə, hətta arzu edilən nəticəni əldə etməyə imkan verir. Biz sizə xarici dillərə yiyələnməyə, ixtisaslarınızın artırılmasına kömək edə bilərik. Hal- hazırda kifayət qədər xarici dilləri tədris edən metodistlər var. Bizim yüksək ixtisaslı mütəxəssislərimiz sizə müstəqil işlərdə əsaslanan və materialın fərdi təqdim olunan və izah edilən metodunu təklif edir. Siz bizim saytın münasib bölmələrində hər bir xidmətimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

ATMU-da Təhsil Mərkəzi fəaliyyət göstərir. Mərkəz turizm sektorda işləyənlərin əlavə təhsil proqramı və qisamüüdətli kurslarla ixtisasartrımasına, ixtisasdəyişməsinə nail olmaq və ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanmasını həyata keçirir.Mərkəz kompüter və digər texiniki avadanliqlar, zəruri proqram məhsulları ilə təmin edilib. Mərkəzdə bu universitetin tələbələri ilə yanaşı diğər şəxslərdə gəlib təlimlərdə və tədris prosesində iştirak edə bilirlər. Burada turizm sektoru üçün xüsusi əhəmiyyət kəsb edən infromasiya sistemlərini, xüsusilə də Amadeus təlimlərini online rejimdə keçib, beynəlxalq sertifikat almaq mümkündür. “ENOTES – Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” proqramı Avropa İttifaqının Təhsil, Audiovizual vasitələr və Mədəniyyət üzrə İcraedici Agentliyi (EACEA) tərəfindən idarə olunur və maliyyələşdirilir. Proqramda tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərq də daxil olmaqla 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir. Proqramın Azərbaycanda koordinatorluğunu Qafqaz Universiteti həyata keçirir. Proqramın əsas məqsədi Azərbaycanda “ECDL Milli Operator və Test Mərkəzlərini"qurmaqdır. “ENOTES” layihəsi 3 il ərzində Azərbaycanın ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodları üzrə tədris keçmək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialını yaxşılaşdırmaq məsələlərini nəzərdə tutur. Universitetdə yaradılmış bu laboratpriyada professor-müəllim heyəti və tələbələrin kompüter biliklərinin aşılanması və təkmilləşdirilməsi prosesi həyata keçirilirir. Həmçinin bu proqarm çərçivəsində gələcəkdə 7 modul üzrə onlayn şəkildə imtahanların təşkil ediləcəyi nəzərdə tutulub. Universitetdə İngilis dili dərslərinin keçirilməsi üçün İKT təminatı olan otaqlardan istiafdə edilir. Müəllimlər mərkəzi kompüter vasitəsilə tapşırıqları verir və tələbələr dərs vəsaitlərinə qulaqcıqla qulaq asıb tapşırıqları yerinə yetirirlər. Tələbələrin dil vərdişlərinə yiyələnməsi üçün də kompüter vəsaitlərinin olması böyük rol oynayır. İngilis dili ilə yanaşı, rus dilində, ərəb, alman, fransız dili dərslərini də tələbələr kompüter vasitəsilə keçirlər.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…