K2 Gallery (9)

K2 Gallery

Suspendisse at libero porttitor nisi aliquet vulputate vitae at velit. Aliquam eget arcu magna, vel congue dui. Nunc auctor mauris tempor leo aliquam vel porta ante sodales. Nulla facilisi. In accumsan mattis odio vel luctus. Fusce egestas, augue in fermentum euismod, quam ante mattis lorem, a tempor ipsum mi sed elit.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “National Geographic Azərbaycan ” jurnalının təqdimatı olub. Jurnalın baş redaktoru Seymur Teymurov və marketinq meneceri Aydan Zeynalova təqdimat çıxışlarında bildiriblər ki,ölkəmizdə bu ilin sentyabr ayından işıq üzü görən “National Geographic Azərbaycan” jurnalı ilk dəfə 1888-ci ildə “National Geographic” cəmiyyətinin dəstəyi ilə “National Geographic” adla nəşrə başlayıb. 60 milyondan çox oxucu auditoriyasına malik olan jurnalı 40 dildə oxumaq mümkündür. Elmi, səyahətləri və turizmi təbliğ edən, ən məşhur brendlərdən sayılan jurnal -“National Geographic Azərbaycan ” ölkəmizdə 30 min trajla nəşr olunur. “National Geographic Azərbaycan” jurnalının təqdimatına həsr olunan görüşdə ATMU-nun müəllim və tələbələri iştirak ediblər.

31.01-dən 01.02.2015-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyası, Qusar rayonunun Laza kəndindəki donmuş şəlalədə Buzadırmanma üzrə Açıq Respublika çempionatı keçirilib.Bu yarışda ATMU komandası II yer tutduğuna görə Gənclər və İdman nazirliyinin diplom və kubokuna layiq görülüb.Şəxsi birincilikdə MDR 1101-qrup tələbəsi Leyla Tofiq qızı Əhmədova həm “çətinlik”, həm də “sürət” proqramı üzrə II yer tutaraq 2 diplom və medal qazanıb.

Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə “Xidmət mühəndisliyi” fakültəsinin “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “Ayan” MMC-də tanışlıq turunda olublar.ATMU tələbələri “Ayan” MMC-nin fəaliyyət və inkişafına dair videoçarxı izlədikdən sonra müəssisə tərəfindən istehlak bazarına göndərilən müxtəlif çeşidli məhsulların hazırlanma texnologiyası ilə yaxından tanış olublar.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllim-inzibati-tələbə heyəti Almaniyanın Vilhelshaven şəhərində yerləşən Jade Universitetində keçirilən təlimlərin iştirakçısı olublar. 16 – 27 noyabr 2015-ci il tarixlərində “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusun həsr olunmuş təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna olmaqla müxtəlif ölkələrdən 30 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.Azərbaycanı ATMU-dan Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli, “Turizm və qonaqpərvərlik” fakültəsinin tyutoru Sara Bağırlı, ali təhsil ocağının tələbələri -Fəridə Əkbərzadə, Günel Ağababayeva, Röya Vəlizadə, Kamran Daşdəmirov, Naxçıvan Dövlət Universitetinin magistrantı Sahil Murtuzayev təmsil etmişlər. Təlimlər Jade Universitetində nəzəri və müzakirə formatında keçirilmişdir.Təlimçilərin fikrincə Almaniyanın tarixi-mədəni yerlərinə ekskursiyaların təşkili əyanilik baxımından yaddaqalan olmuşdur . ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli müxbirimizə bildirmişdir ki, tədbirin başlıca məqsədi mədəniyyətlərarası inkişaf prosesində ünsiyyətin rolu, bu sahədə strategiyalarla tanışlıq, ünsiyyət mədəniyyətində istifadə olunan metodlar, eləcə də mədəniyyətlərarası fərqliliklərin müzakirəsindən ibarət idi. Deməliyəm ki, “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusuna həsr olunmuş təlimin sonunda iştirakçılar mükafat və sertifikatla təltif edilmişlər. Dekabın 11-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru professor Cəfər Cəfərov Almaniyanın Yade Universitetində olmuş təlim iştirakçıları ilə görüşmüşdür. Onlara təhsildə və gələcək peşəkar fəaliyyətllərində uğurlar arzulamışdır.

1 -dən səhifə 3

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…